Diaqnoz qoy: 3 gün ərzində gözdə müşahidə olunan qızartı, ifrazat və narahatlıq

Qlaukoma

67 yaşlı kişi 3 gündür gözündə qızartı, ifrazat və diskomfort şikayətləri ilə müraciət edib.  5 il əvvəl qlaukoma əməliyyatı olunub. Görmə itiliyi əvvəlki kimidir və 0.8 təşkil edir. Göz daxili təzyiqi də dəyişməyib və 8 mm c.st. təşkil edir. Yarıqlı lampa ilə müayinə konyunktivanın diffuz hiperemiyasını və avaskulyar, qeyri-şəffaf yuxarı blebi göstərir. Heç bir bleb sızması yoxdur. Buynuz qişa şəffafdır, ön kamera dərin və sakitdir. Arxa seqmentinstrukturları normaldır. Bu vəziyyət üçün ən uyğun ilkin müalicə hansıdır?