Diaqnoz qoy: Kortikosteroidlərə davamlı olan ara (intermediate) uveit
Uveitlər
68 yaşlı xəstə oral kortikosteroidlərə davamlı olan ikitərəfli xroniki ara (intermediate) uveitə görə müayinəsinə göndərilib. Xəstənin vərəm və sifilis analizləri mənfidir. Kliniki müayinədə hər iki gözdə şüşəvari cisimdə 2+ dumanlanma və bulantılar var. Hər iki makulada druzenoid çöküntülər görünür. Optik koherent tomoqrafiyada (OCT) retinanın piqment epiteli və Brux membranı arasında hipo-reflektiv subretinal çöküntülər görünür. Belə vəziyyətdə nə etmək daha uyğun olardı?