Bilateral fokal xoroidal ekskavasiya
Bir neçə il dəyişkən ikili görmə və kiçik şriftləri oxumaqda çətinlik çəkdikdən sonra, 38 yaşlı qadının hər iki gözündə bilateral fokal xoroidal ekskavasiya aşkarlandı (şəkil 1,2). Görmə itiliyi sağ gözdə 1,0 (v), sol gözdə isə 0,8 idi. Xəstə optometrist tərəfindən prizma linzaları ilə müalicə olunmuşdu, ancaq başqa göz xəstəliyi yox idi. İdiopatik fokal xoroidal ekskavasiya rutin müayinədə aşkarlanan stabil anadangəlmə vəziyyət ola bilər, lakin iltihabi proseslər və mərkəzi seroz retinopatiyaya ikincili olaraq da xoroidal ekskavasiya inkişaf edə bilir. Zədə sahələrinin stabil olmaq ehtimalı çox olduğuna görə, xəstənin bir il ərzində təqib edilməsi tövsiyyə edildi.
EyeNet. December, 2022.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva