Kirpikli cismin xarici melanoması

66 yaşlı kişi sol gözündə 2 aydan çoxdur ki, davam edən qızartı və ağrı şikayəti ilə müraciət etmişdi. Ona əvvəllər ehtimal olunan birtərəfli qlaukoma diaqnozu qoyulmuş və prostoqlandin analoqu olan göz damcısı təyin edilmişdir.

Sol gözdə davam edən bulanıq görməyə görə müayinəyə göndərilmişdir. Obyektiv refraksiya sağ və sol gözdə müvafiq olaraq -0,25/-0,75 x 90; -2,5/-1,25 x 70, korreksiya olunmuş görmə itiliyi isə 1,0 (v) və 0,3 idi.

Sol göz qapağı qaldırıldıqda lokal subkonyunktival hiperpiqmentasiyalı kütlə görünürdü (şək.1). Sol gözün yarıqlı lampa müayinəsində incə piqmentli keratik presipitatlar və xüsusən nazal hissədə əhəmiyyətli dərəcədə dayaz olan, arxa sinexiyalı ön kamerada piqment hüceyrələr görünürdü. GDT 38 mm c.st. idi. Qonioskopiyada ön kamera bucağı 360 dərəcə anormal qəhvəyi hüceyrələrlə rənglənmişdi (şək.2).

Qonioskopiya bəbəyi genəltdikdən sonra yüngül və diffuz sklerozu olan büllura saat 9 və 10 arasında toxunan hiperpiqmentli kütlə aşkarladı (şək.3). Göz dibi müayinəsində şüşəyəbənzər cisimdə hüceyrə aşkarlanmadı, çuxurluq disk nisbəti sağ gözdə 0,3, sol gözdə isə solğunluq olmadan 0,7 idi. Sağ gözün müayinəsində əhəmiyyətli tapıntı təyin olunmadı. Sol gözə ön kameraya infiltrasiya edən kirpikli cismin məhdud melanoması diaqnozu qoyuldu.

EyeNet. July, 2023.

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com