
Netarsudil istifadəsinə bağlı yaranan retikulyar bulyoz epiteliyal ödem
Birincili açıq bucaqlı qlaukoması olan 86 yaşlı qadın gözdaxili təzyiqi ölçmək üçün klinikaya müraciət etmişdi. O, bir ay əvvəl görmə itiliyinin 0,7-dən 0,01-ə qədər azalması ilə bağlı müraciət etmiş və müayinəzamanı buynuz qişanın mikrokistik ödemi və GDT-nin 33 mm c. st. olduğu aşkarlanmışdı. Ona 0,02 %-li netarsudil damcı təyin olunmuşdu.
1 aylıq təqib zamanı GDT 26 mm c. st.-a qədər yaxşılaşmış, görmə itiliyi isə 0,01 olaraq qalmışdı. Sol gözün müayinəsində 1+ konyunktival hiperemiya və netarsudil istifadəsinə uyğun buynuz qişanın aşağı nahiyəsində retikulyar bulyoz epitelial ödem aşkarlanmışdı (şək.2). Digər gözdə buynuz qişanın ödemi yox idi (şək.1) və görmə itiliyi irəli səviyyədə artmış yaşa bağlı makula degenerasiyasına ikincili olaraq 0,01 səviyəsində idi. Netarsudil dayandırıldı və xəstəyə pilokarpin təyin olundu. 6 həftəlik təqibdə sol gözdə ödem çəkilmiş, GDT isə 15 mm c. st. idi.
Rho kinaza inhibitoru olan netarsudil istifadə edən xəstələrdə retikulyar bulyoz epiteliyal ödem və konyunktival hiperemiya rast gəlinir1. Retikulyar bulyoz epitelial ödem bizim xəstəmizdə olduğu kimi anamnezində buynuz qişa ödemi olan xəstələrdə müşahidə olunub. Epitelial bullalar damcını dayandırdıqdan 4-6 həftə sonra sorulur2. Netarsudil istifadəsinə bağlı yaranan kornea vertisillata və konyunktival hiperemiyadan fərqli olaraq bu yan təsir görmə itiliyinə ciddi təsir edir.
EyeNet. June, 2023.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva