Posttravmatik submakulyar xorioidal cırıq
20 yaşlı qadın avtomobil qəzası nəticəsində sağ gözündən travma alaraq xəstəxanaya müraciət etmiş və müayinə zamanı makulyar nahiyyədə hemorragiya, həmçinin vis OD = 0.06 olduğu aşkar olunmuşdur.(Şəkil 1). Travmadan 4 ay sonra makulyar nahiyyədəki qan durulaşmış (Şəkil 2), bir müddət keçdikdən sonra isə həmin nahiyyədə diskolorasiya qeyd edilmiş (Şəkil 3) və qan tam sorulmuşdur. Qan tam sorulduqdan sonra submakulyar xorioidal cırıq aşkar edildi. Göz dibinin müayinəsi zamanı onun makulyar nahiyyədə ağ rəngli aypara şəkilli, GSM-nə konsentrik olaraq yerləşməsi nəzərə çarpdı. Yekun olaraq xəstənin görməsi vis OD = 0.2 təşkil etdi.