
Subretinal fibrin ilə mərkəzi seroz xorioretinopatiya
37 yaşlı kişi sağ gözündə son 2 həftə müddətində baş vermiş görmənin azalması şikayəti ilə müraciət etmişdi (şəkil 1). Görmə itiliyi sağ gözdə 0,28, solda isə 0,5 idi. OKT sağ gözdə subretinal maye və basilyar təbəqənin qopmasını göstərdi (şəkil 2A). Flüoressein angioqrafiya mərkəzi seroz xorioretinopatiya (MSXR) ilə uyğun olan tək, sürətli boya sızması nöqtəsini nümayiş etdirdi (şəkil 2B). Sol makulada subretinal mayesiz piqmentli ləkə ocaqları var idi. Ekzogen və endogen steroid qəbulunun MSXR üçün risk faktoru olduğu bilinsə də, xəstə sağlam idi və steroidlər daxil olmaqla heç bir dərman qəbul etmirdi. Hiperkortizolizm testi mənfi nəticə verdi. Xəstəyə verteporfin və termal lazerlə fotodinamik terapiya aparıldı. 6 ay sonra subretinal maye və fibrin çəkilmişdi, ancaq subretinal fibroza görə görmə itiliyi sağ gözdə 0,1 qaldı.
EyeNet. October, 2022.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva