Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 12

Yichieh Shiuey, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Nurlana Quliyeva
e-mail: dr.n.quliyeva@gmail.com

Şəkil 1. Bu, xroniki artrit və dərisində səpkilərdən əziyyət çəkən, həmçinin sol gözündə ağrı şikayətləri olan qadının göz almasının ön seqmentinin fotosudur.

Suallar və cavablar
1. Bu korneal patalogiya necə adlanır?
Cavab:

Periferik ulserativ keratit.

2. Bu vəziyyət hansı sistem xəstəlikləri ilə əlaqəli ola bilər?
Cavab:

Revmatoid artrit, Vegener qranulomatozu, düyünlü poliartrit, təkrarlanan polixondrit və sistem qırmızı qurd eşənəyi.

3. Bu vəziyyətin patofiziologiyası nədir?
Cavab:

Patofiziologiyası yuxarıda qeyd olunan kollagen damar xəstəlikləri zamanı baş verən vaskulitlə eynidir. İmmun komplekslər plazma hüceyrələri, histiositlər, limfositlər və eozinofillər daxil olmaqla iltihab hüceyrələrinin sonrakı xemotaksisi ilə buynuz qişada toplanırlar. İltihab hüceyrələri daha sonra buynuz qişanı əridən deqradativ fermentlər ifraz edirlər.

4. Buynuz qişada olan bu əlamətlərin proqnostik əhəmiyyəti nədir?
Cavab:

Periferik xoralı keratit və sklerit kollagen damar xəstəliklərinin fonunda ağır sistem vaskulitin göstəricisidir. Müalicə olunmayan belə xəstələrdə ölüm nisbəti yüksəkdir.

5. Bu tip vəziyyətin müalicəsi nədir?
Cavab:

İmmunosupressivlərlə sistem müalicə kollagen damar xəstəlikləri və periferik xoralı keratitli xəstələr üçün ən vacib terapiyadır. Yerli tədbirlərə geniş konyunktiva rezeksiyası, xoranın                təmizlənməsi, toxuma yapışdırıcılarının tətbiqi və bondaj kontakt linzalarının istifadəsi daxildir. Sistem immunosupressiya olmadıqda yerli terapiya adətən uğursuz olur.

Cavablara bax