Histopatologiya – Sual 11

Wasee Polcharoen, M.D. | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School
Mehran A. Afshari, M.D., M.P.H. | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

40 yaşlı kişinin gözyaşı vəzisindən götürülmüş ikiqatlı epitel və miksoid stromanın qarışığını nümayiş etdirən kütlənin histopatoloji təsviri (H&E boyama)

Suallar və cavablar
1. Diaqnoz nədir?
Cavab:

Pleomorfik adenoma (xoş xassəli qarışıq şiş).

2. Bu törəmənin ən çox təsadüf edilən simptomu hansıdır?
Cavab:

Bu, gözyaşı vəzisi nahiyəsində nadir hallarda ağrı, diplopiya və ya görmə itkisi simptomları yaradan ağrısız, yavaş inkişaf edən kütlədir. Müayinə zamanı ekzoftalm, göz almasının aşağı və içəri yerdəyişməsi müşahidə edilə bilər.

3. Bu törəmənin rentgenoloji əlamətləri hansılardır?
Cavab:

Göz yaşı çuxurcuğunda sıxılma və aksentlənmə qeyd edilir. Şiş kütləsi adətən yuvarlaq və oval şəkillidir, adətən skleranı sıxır.

4. Bu törəmənin adekvat müalicəsi hansıdır?
Cavab:

Lateral orbitotomiya və şişin kapsul daxilində tam eksiziyası (tam blok eksiziya).

Cavablara bax