Histopatologiya – Sual 3
Şəkil 1
Şəkillər 1-2. Bu dəlib keçən keratoplastika olunmuş xəstənin buynuz qişasından hazırlanmış preparatın histopatoloji təsviridir. Boyanma Konqo qırmızısı ilə həyata keçirilmişdir.
Şəkil 2
Suallar və cavablar
1. Siz hansı diaqnozu qoyardınız?
Cavab:
Buynuz qişanın stromal lattis distrofiyası.
2. Hansı patoloji dəyişikliklər nəzərə çarpır?
Cavab:
Qırmızımtıl boyanmış intrastromal depozitlər.
3. Stromal depozitlər nədən təşkil olunub?
Cavab:
Amiloiddən.
4. Əgər preparat polyarizəedici filtrlə müayinə olunarsa, nə görünəcək?
Cavab:
Polyarizəedici filtrlə müayinə zamanı amiloid depozitlər yaşıl işıltı şəklində görünür.
5. Bu vəziyyət zamanı hansı sistem təzahürlər müşahidə oluna bilər?
Cavab:
Sistem amiloidozlar zamanı dəri arteriyaları və digər orqanlar zədələnir. Xəstələrdə üz sinirinin parezi və 40 yaşından sonra blefaroxalazis müşahidə oluna bilər.
Cavablara bax