Histopatologiya – Sual 5
Şəkil 1
Göz qapağının histoloji preparatının təsviri
(Hemotoksilin-eozin)
Suallar və cavablar
1. Sizin fikrinizcə diaqnoz nədir?
Cavab:
Epidermal möhtəviyyatlı sist. Histoloji müayinə zamanı sistin möhtəviyyatının buynuzlaşan, qabıqlanan pulcuqlu epitel hüceyrələri və keratinlə dolu olduğu məlum oldu.
2. Əgər sistin möhtəviyyatı dermal əlavələrdən ibarətdirsə, sizin diaqnoz necə olacaq?
Cavab:
Dermoid sist.
3. Göz qapaqlarının xoşxassəli sistlərinin differensial diaqnostikası hansı vəziyyətlərlə həyata keçirilməlidir?
Cavab:
Tər vəzilərinin sisti, milia, piy vəzilərinin sisti, epidermal möhtəviyyatlı sist, dermoid sist, xalazion və Meybom vəzilərinin sisti. Pilomatriksoma və bazal hüceyrəli sistvari karsinoma sist şəklində təzahür edən şişlərdəndir.
4. Bu törəmə üçün hansı münasib müalicəni tövsiyə edərdiniz?
Cavab:
Sistlər qiciqlandıqda və ya zədələndikdə, həmçinin kometik məqsədlərlə təmamilə eksiziya olunmalıdırlar. Belə hallarda tam somatik müayinə məsləhət görülür.
Cavablara bax