Histopatologiya – Sual 7
Şəkil 1.
Şəkil 1-2. Buynuz qişanın histopatoloji preparatı. Periodik-turşu Sciff (PTS) boyaması.
Şəkil 2.
Birincili endotelial degenerasiya (Buynuz qişanın Fuks distrofiyası).
Buynuz qişasının Fuks distrofiyasında epitel və stroma adətən ödemli olur. Qovuqlar və subepitelial fibroz çapıqlar müşahidə oluna bilər. Dessemet membranı adətən PTS boyaması ilə görünən xarakterik damcı şəkilli əlavələrlə ilə qalınlaşır. Endotel zəifləyir.
Asimptomatik xəstələr üçün heç bir müalicə tələb olunmur. Bununla belə, xəstəliyin sonrakı mərhələlərində görmə qabiliyyətinin azalmasına səbəb olan epitelial ödem və yırtılmış qovuqların verdiyi ağrılar kimi ağırlaşmalar üçün müalicə tələb oluna bilər. Epitelial ödem üçün qeyri-cərrahi müalicələrə hipertonik damcıların və məlhəmlərin (məsələn, NaCl 5%) istifadəsi və ya nadir hallarda buynuz qişanın susuzlaşdırılması üçün qol uzunluğu məsafəsində saxlanılan saç qurutma fenindən istifadə aiddir. Penetran keratoplastika tibbi müalicənin uğursuz olduğu hallarda tətbiq olunan cərrahi müalicədir.
Autosom dominant.