Neyrooftalmologiya – Sual 1
Şəkil 1
Bu 73 yaşlı görməsinin kəskin azalmasından şikayət edən qadının sağ GSM-nin şəkilidir. Xəstənin sözlərinə əsasən bir neçə aydır ki, baş ağrılarından, həmçinin oynaq ağrıları və anoreksiyadan əziyyət çəkir. Sol göz dibi norma hüdudundadır.
Differenesial diaqnostika arterial və qeyri-arterial ön işemik optic neyropatiya (ÖİON), eləcə də bulbar optic nevritlə həyata keçirilməlidir. Xəstənin ümumi simptomlarını və GSM-nin odeminin solğun xüsusiyyətinə əsasən diaqnozun arterial ön işemik optic neyropatiya (ÖİON) olduğunu deyə bilərik.
Temporal arteriitlər zamanı eritrositlərin çökmə sürəti (EÇS) və leykositar formul təyin edilməlidir. Temporal arteriitdən əziyyət çəkən əksər xəstələrdə EÇS yüksək olur. Kişilərdə EÇS üçün normanın yuxarı həddi xəstənin yaşının 2-yə bölünməsindən alınan rəqəmə, qadınlarda isə xəstənin yaşının 2-yə bölünməsindən alınan rəqəmin üzərinə 10 gəlməklə əldə olunan rəqəmə bərabərdir. Leykositar formulun təyini optik neyropatiyanın yaranmasına səbəb olan leykemiyanın təkzib edilməsinə yardım edir.
Klinik əlamətlərlə yanaşı EÇS göstəriciləri də artmış olarsa, o zaman oftalmoloq temporal arteriyanın biopsiyasını həyata keçirməlidir. Əgər biopsiya nəticələri pozitiv olarsa, diaqnoz təsdiqlənir. Ancaq biopsiyanın neqativ cavabı heç də diaqnozu təkzib etmir. Ədəbiyyatda 5-9% hallarda yalnış neqativ cavabın mümkünlüyü barədə məlumat var. Əgər biopsiyanın nəticələri normal olarsa, ancaq diaqnoz yenə də şübhəli qalarsa, o zaman əks tərəfin temporal arteriyası biopsiya olunmalıdır.
Bəzi tədqiqatlara əsasən müalicəyə qədər bir gözündə görmənin itirilməsindən əziyyət çəkən xəstələrin 1/3-də digər göz də prossesə cəlb olunur. Arterial ön işemik optik neyropatiyalar zamanı digər göz bir neçə gündən, bir neçə həftəyə qədər müddət ərzində zədələnə bilər. Qeyri arterial ön işemik optik neyropatiyalar zamanı digər gözün prossesə cəlb olunması isə aylar və ya illər tələb edə bilər.
Temporal arteriitlərin müalicəsində kortikosteroidlər istifadə olunur. Hal-hazırda bu xəstəlik zamanı kortikosteroidlərin optimal dozası və istifadə müddəti barədə yoxlanılmış klinik tədqiqat yoxdur. Görməsini itirməmiş xəstələrdə görmənin qorunması məqsədi ilə oral prednizon üçün ilkin gündəlik doza 50-75 mq-dır. Bir gözündə artıq görməsini itirmiş xəstələrdə prosesin digər gözə keçməsinin və ikitərəfli korluğun qarşısını almaq məqsədi ilə steroidlərin (1000 mg metilprednizolon 5 gün) yüksək dozada venadaxili yeridilməsi tövsiyyə olunur.