Neyrooftalmologiya – Sual 4
Şəkil 1
Şəkil 1-2. Göz dibi.
Şəkil 2
61 yaşlı kişi 2 il bundan əvvəl sağ gözündə görməsinin dumanlanmasını hiss edənə və yaxın məsafədə görməsinin pisləşməsindən şikayət edənə qədər təmamilə sağlam idi. Sağ gözündə görməsi bir il əvvəl təmami ilə itənə qədər tədricən pisləşməkdə davam edirdi. Somatik və okulyar anamnezin toplanması heç bir nəticə vermədi. Hal-hazırda müayinə zamanı vis OD- 0 (sıfır); vis OS – 1.0 (v). Sağ gözündə bəbəkdə orta ölçülü genəlmə müşahidə edilir və afferent bəbək refleksi saxlanılıb. Göz almasının ekzoftalmiyası, ptoz və göz almasının hərəkətlərində məhdudiyyət yoxdur. Həmçinin görən sol gözdə disxromatopsiya və ya metamorfopsiya qeyd edilmir. Nevroloji müayinə zamanı kənara çıxma aşkar edilmədi. Sol gözdə görmə sahəsi tamdır. Göz dibinin müayinəsinın nəticələri üçün şəkillərə baxın.
Görmə sinirinin meningioması. Bu şiş hörümçək toruna bənzər qişadan inkişaf edərək, tədricən və ləng sürətlə böyüyür. Meningioma xoşxassəli şiş olub görmə sinirini əhatə edərək onu sıxır, bununla da korluğa səbəb olur. Xəstəlik bütün yaşlarda müşahidə edilə bilər, ancaq əsasən 30 – 50 yaşlarda təsadüf edilir və 75% hallarda qadınlarda rast gəlinir.Bu şişdən əziyyət çəkən xəstələrdə görmə sinirinin disfunksiya əlamətləri olmadan GSM-nin ödemi müşahidə olunur. Uzun müddətli ödemlə əlaqədar olaraq GSM-də müxtəlif dəyişikliklər baş verir. Şişin diaqnostik görüntüsü komputer tomoqrafiyaya əsasən görmə sinirinin meningeal qişasının aksial kəsikdə kalsifikatlarla müşahidə edilən və “tramvay yolu” adlanan əlamətinə əsasən təyin olunur. GSM-nin atrofiyası baş verərsə, onun səthində optosiliar kollaterallar (tor qişa damarları ilə vorteks venaları arasında kollaterallar) inkişaf edə bilər.Görmə sinirinin meningioması zamanı xəstələr müxtəlif istiqamətlərdə baxan zaman qəfil görmələrinin itməsindən şikayətlənirlər. Bunun da səbəbi görmə sinirin şiş toxuması ilə tam əhatə olunmasıdır. Beləki, göz almasının bəzi istiqamətlərdə hərəkəti zamanı görmə sinirinin kompressiyası baş verir. Bu növ şişlər xoşxassəli olduğundan xəstələrin ölümünə səbəb olmurlar. Şişin eksiziyası mübahisəli olsa da, 20 yaşdan gənc xəstələrdə onun intrakranial yayılmasının qarşısını almaq məqsədi ilə tövsiyə edilə bilər. Şişin şüa terapiyası həyata keçirilə bilər, lakin bu zaman radiasion optik neyropatiyanın baş verə biləcəyini nəzərdən qaçırmaq olmaz. Şəkildə asanlıqla GSM-nın səthində əmələ gəlmiş optosiliar damar şuntlarını müşahidə etmək olar.