Neyrooftalmologiya – Sual 5
Şəkil 1
Kinetik görmə sahəsi
Şəkil 2
Şəkil 2-3. Başın MRT təsviri (Aksial və Koronal).
Şəkil 3
25 yaşlı sağaxay qadın 20 yaşında baş verən qıcolmaya qədər təmamilə sağlam idi. Başın KT müayinəsi zamanı beyin qabığında kalsifikasiya olunmuş sist aşkar edildi. O, tegretol ilə müalicə olunub. Bir il əvvəl sol gözündə görmə sahəsinin periferiyasında görmənin itirilməsindən şikayət etməyə başlayıb. Görmənin itirilməsi proqressivləşərək sol gözdə mərkəzi görmənin itməsinə səbəb olub. İki ay bundan əvvəl isə qadın sağ gözündə periferik görmənin itməsindən şikayət etməyə başlayıb.
Oftalmoloji müayinə zamanı vis OD-korr. ilə – 0.5; vis OS – 0.25 (dəlikli testlə artim qeyd edilmir).Rəng hissiyyatı hər iki gözdə normaldır. Ekzoftalmiya, ptoz, afferent bəbək defekti və göz almasının müxtəlif istiqamətlərdə hərəkəti zamanı qüsur aşkar edilmədi. Ön seqmentin strukturları və gözdaxili təzyiqin göstəriciləri norma hüdudundadır. Kinetik görmə sahəsi şəkildə göstərilib. Sol göz dibinin müayinəsi zamanı GSM-nin miopik dəyişiklikləri və temporal avazıma müşahidə edildi. Başın MRT müayinəsinin nəticələri şəkildə göstərilib.
Neyrosistisersioz. Sistisersioz Meksika, Mərkəzi və Cənubi Amerika, eləcə də yer kürəsinin digər regionlarında geniş yayılıb. Neyrosistisersioz MSS-in geniş yayılmış parazitar xəstəliklərindən olub, yaşlılarda və uşaqlarda baş verən bayılmaların səbəbkarıdır. Sistisersiyalar beyin toxumasının içərisində inkişaf edərsə, parenximal neyrosistisersioz inkişaf edir. Xəstəliyin bu forması olan şəxslərdə bayılmalar, psixi dəyişikliklər və fokal nevroloji əlamətlər (hemiplegiya, kvadriplegiya, hemisensor pozğunluqlar, afaziya və ataksiya) müşahidə edilir. Subaraxnoidal neyrosistisersioz meningitlər və artan kəllədaxili təzyiq əlamətlərinin (başağrı, halsızlıq, arxa boyun əzələlərinin bərkiməsi, bayılmalar, GSM-nin ödemi, GSM-nin ikincili atrofiyası və kranial neyropatiyalar) simptomları ilə xarakterizə olunur. Sist türk yəhəri nahiyyəsində yerləşdikdə birincili hipofiz şişlərini təqlid edərək, endokrin simptomlarla müşahidə oluna bilər. Sistin suprasellar nahiyyəyə sirayət etməsi nəticəsində görmə sinirinin intrakranial və xiazmal hissələrinin sıxılması baş verərək, görmənin bir və ya hər iki gözdə zəifləməsinə, həmçinin görmə sahəsinin xiazmal nahiyyəsinin zədələnməsinə uyğun defektləri müşahidə edilir. İntraventrikulyar neyrosistisersioz zamanı bir və ya bir neçə mədəciyin sistlə tutulması zamanı hidrosefaliya inkişaf edə bilər. Sistlər həmçinin konyunktivanın altında, göz qapaqlarında, göz almasının əzələlərində, əzələ qıfının və ya göz almasının içərisində yerləşə bilər.
Görmə sahəsinin bitemporal defekti xiazma nahiyyəsinin zədələnməsinə işarə edir. Beyinin koronal MRT təsvirində də xiazma nahiyyəsinin suprasellar sist tərəfindən sıxılması açıq-aydın görünür.
Neyrosistisersiozun digər neyrooftalmoloji təzahürlərinə görmə sahəsinin homonim qüsurları, beyin qabığı mənşəli korluq, optik neyropatiya, GSM-nin ödemi, nistaqm, beyin sütununun zədələnməsi ilə əlaqədar okulyar motor disfunksiya, gözün hərəki sinirinin, üçlü sinirin və üz sinirinin parezləri aiddir.