Qlaukoma – Sual 3
Şəkil 1
Şəkil 2
Şəkil 3
32 yaşlı kişi göz həkiminə eynəklərini yoxlamaq məqsədi ilə müraciət etmişdir. Müayinə zamanı şəkillərdəki görüntülər aşkarlandı. (Şəkil 1,2 və 3)
Şəkil 1-də buynuz qişanın endotelində piqment depozitləri görünür. Bu depozitlər “Krügenberg iyləri” adlanır. Piqmentin spesifik görüntüyə malik olmasının səbəbi göz daxili mayenin konveksiyası ilə əlaqədardır.
Piqmentin səpələnmə sindromu. Bu xəstələr 25-50% hallarda piqmentli qlaukomanın inkişafına məruz qalırlar və ömrü boyu qlaukoma üçün nəzarət qrupuna daxildirlər.
Göz daxili təzyiqin artması, GSM-nin ekskovasiyası və görmə sahəsində baş verən dəyişikliklərlə yanşı piqmentli qlaukoma zamanı klassik triada müşahidə olunur. Bura Krügenberq iylərini (Şəkil 1), qüzehli qişanın orta periferiyasının radial transilluminasiya defekti (Şəkil 2) və trabekulyar şəbəkə boyunca sərt piqment depozitləri aiddir. Bu zaman həmçinin büllurun arxa kapsulunun periferiyasında sərt piqment depozitləri (Şieye zolaqları) görünə bilər. Müayinəyə gəlmiş hər bir xəstə qüzehli qişanın transilluminasiya defektinin yoxlanılması üçün müayinə olunmaıdır.
Qüzehli qişanın anormal şəkildə arxaya əyilməsi nəticəsində onun arxa piqment epitelinin bullur bağları ilə sürtünməsi baş verir. Bu zaman azad olmuş piqment hüceyrələri yuyularaq ön seqmentin strukturlarının (buynuz qişanın endoteli, trabekulyar şəbəkə, qüzehli qişanın səthi, büllür bağları, büllurun kapsulunun periferiyası, şüşəvari cismin ön hissəsi və s.) üzərinə çökür. Piqmentli qlaukomanın səbəbi trabekulyar şəbəkənin piqment depozitləri ilə tutulması və göz daxili mayenin axmasına mane olaraq, GDT-in artmasıdır.
Piqment səpələnmələri / piqmentli qlaukoma gənc, miopik refraksiyalı, sarışın kişilərdə müşahidə olunur. İfrat yazı və oxu piqmentin yuyulmasını artıra bilər. Bu xəstəliyin əmələ gəlməsində müxtəlif genetik faktorlar mövcuddur.
Differensial diaqnostika psevdoeksfoliativ və uveal qlaukomalara eləcə də, yaşla əlaqədar, həmçinin arxa kamera İOL-ın düzgün yerləşdirilməməsi zamanı baş verən transilluminasiya defektləri ilə həyata keçirilməlidir.
Piqmentli qlaukomanın müalicəsi birincili açıq bucaqlı qlaukomada olduğu kimi həyata keçirilə bilər. Arqon lazer trabekuloplastikası (ALT) GDT-in aşağı salınmasında effektiv ola bilər. ALT-nin həyata keçirilməsi zamanı seçiləcək enerjinin səviyyəsinə xüsusi diqqət yetirilməlidir. Piqmentin səpələnməsi sindromundan əziyyət çəkən xəstələr müntəzəm olaraq müayinə olunmalıdırlar.