Qlaukoma – Sual 4
Şəkil
45 yaşlı qadın sağ gözündə yüngül ağrı, görmənin zəif dərəcəli bulanması və işıq mənbəyinə baxarkən “göy qurşağının” görünməsindən şikayət edir. O, buna bənzər vəziyyətlərin əvvəllər də müşahidə olunduğunu qeyd edir. OD- konyunktiva inyeksiyalı və ödemli, buynuz qişa şəffaf, ön kamerada az sayda hüceyrələr və bir neçə iri ölçülü keratik presipitatlar qeyd edilir (Şəkilə bax). TnOD-46 mm.c.süt. Ön kamera bucağı açıqdır.
Pozner-Şlossman sindromu (Qlaukomatosiklitik kriz).
İltihablaşmış açıq bucaqlı qlaukoma (xüsusi ilə virus mənşəli), kəskin qapalı bucaqlı qlaukoma, piqmentli qlaukoma, Fuk heteroxrom iridosikliti və neovaskulyar qlaukomalar ilə differensial diaqnostikanı həyata keçirmək olar.
Uveal qlaukomalar zamanı xəstə daha çox əziyyət çəkir, konyunktival inyeksiyanın və ön kamerada olan hüceyrələrin miqdarı daha çox olur, həmçinin keçirilmiş iltihabın (periferik ön sinexiya, arxa sinexiya və s.) qalıq əlamətlərini müşahidə edilir.
Aşağıdakılardan hər hansı biri istifadə oluna bilər: damcı şəkilli beta-blokatorlar, damcı şəkilli alfa-aqonistlər, damcı şəkilli və sistem karbon anhidrazanın ingibitorları, damcı şəkilli kortikosteroidlər və sikloplegik vasitələr.
Bu xəstələr xroniki açıq bucaqlı qlaukomanın inkişafı üçün yüksək risk qrupuna daxil olduqlarından mütəmadi nəzarət altında olmalıdırlar.