Tor qişa/Uveitlər – Sual 15
Şəkil 1.
Bu, görməsinin azalmasından şikayət edən xəstənin sağ gözüdür.
Okulyar histolplazmoz.
Ohayo və Missisipi çaylarının vadiləri. Daimi orada yaşayan yetkin şəxslərin 60 %-i, və ya daha çoxu histoplazmin dəri testinə müsbət reaksiya verir.
Extrafoveal SRNVM-lər, flüoressein angioqrafiyada foveal avaskulyar zonanın mərkəzindən 200-dən 2500 mikronadək məsafədə hiperflüoressensiya zonası kimi müəyyən edilir. Yukstafoveal SRNVM-lar foveal avaskulyar zonanın mərkəzindən 1-200 mikron məsafədə kənari hiperflüoressensiya, və ya mərkəzdən 200-2500 mikron məsafədəki SRNVM daxilində qan, və ya mərkəzdən 200 mikron məsafədəki SRNVM bloklanmış flüoressein nahiyəsi ilə müəyyən edilir.
24 ayda heç bir müalicə almayan qrupun 50%-də və müalicə alan qrupun 22%-də 6 sıra görmə itkisi baş verib. Nəzarət qrupları ilə müqayisədə izləmənin bütün mərhələlərində, bütün alt qruplara lazer müalicəsi yaxşı təsir etmişdir.
1 illik müşahidədə 6 sətirli görmə itkisi riski heç bir müalicə almayan qrupda 24,8 %, müalicə olunan qrupda isə 6,6 % təşkil etmişdir.
SRNVM-ların müalicəsinin ən mühüm ağırlaşması membranın təkrarlanmasıdır. Digərlərinə torlu qişanın piqment epitelinin yırtılması, kəskin xoroidal qanaxma və sinir lifi təbəqəsində qüsurlu sahələr daxildir. Premakulyar fibroplaziya və daxili hüdudi membranın kontrakturası da baş verə bilər ki, bu da makula dəliklərinin yaranmasına səbəb ola bilər.