Tor qişa/Uveitlər – Sual 4
Şəkil 1
Uşağın göz dibinin müayinəsi zamanı makula nahiyyəsində massiv subretinal eksudat aşkar olundu.
Makula nahiyyəsində iri ölçülü massiv eksudatın toplanması Koats xəstəliyi üçün xarakter əlamətdir.
Xəstəlik proqressiv gedişə malikdir. Beləki, subretinal eksudatın miqdarının artması ilə tor qişanın eksudativ qopması baş verir.
Adətən xəstəlik uşaqları və yeniyetmələri zədələyir. Yaşlılarda hiperxolesteremiya zamanı müşahidə olunan formalar da mövcuddur. Qadınların kişilərə nisbəti 3:1 təşkil edir. Bu xəstəliyə irsi, irqi və etnik meyylik mövcud deyil.
80% hallarda xəstəlik birtərəflidir.
Koats xəstəliyi zamanı qan damarlarının baryer qabiliyyətinin idiopatik itirilməsi ehtimal olunur. Elektron mikroskopiya zamanı retinal damarların endotel və perisitlərinin itirilməsi aşkar olundu.
Flüoressein angioqrafiya ilə retinal damarların zədələnməsi barədə məlumat almaq mümkündür. Vaskulyar teleangiektaziyalar və anevrizmlər meyllik yaradan amillərdəndir. Qüsurlu damarlar erkən və davamlı sızma ilə müşahidə olunur. Həmçinin sızma baş verən kapilyarların yerləşdiyi sahələr müayinə zamanı aşkar görünür.
Makulanı zədələyən eksudasiya və tor qişanın qopmasının erkən vaxtlarında fotokoaqulyasiya məsləhət görülür. Tor qişanın geniş sahəli eksudativ qopması zamanı lazer və ya krioterapiya daxil olmaqla drenaj həyata keçirilməlidir.