TCOD-20 il bizimlə
Bu gün dünyada müxtəlif beynəlxalq oftalmoloji təşkilatlar fəaliyyət göstərir. Onlar arasında oftalmoloji təhsilin artırılmasında xüsusi rol oynayan Beynəlxalq Oftalmologiya Şurası, on minlərlə üzvü olan və dünyanın ən mötəbər ofatlmoloji təşkilatı sayılan Amerika Oftalmologiya Akademiyası, Avropada – Avropa Oftalmologiya Cəmiyyəti, Cənub şərqi Asiya və Okeaniyada – Asiya Sakit okean ölkələri Oftalmologiya Akademiyası, Yaxın şərq və Afrikada – Yaxın Şərq və Afrika Oftalmologiya Şurası, həmçinin Şimalı və Cənubi Amerikada – Bütöv Amerika Oftalmologiya Assosiasiyası kimi beynəlxalq oftalmoloji təşkilatlar müxtəlif ölkələrdə fəaliyyət göstərsələr də bir amal naminə çalışan oftalmoloqları birləşdirir. Lakin dünyada bir kökdən olub, eyni dildə danışan xalqların oftalmoloqlarını birləşdirən Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyi (TCOD) kimi ikinci təşkilat mövcud deyil.
TCOD dedikdə ilk növbədə Dr. Sunay Duman yada düşür. Sunay xanım bu cəmiyyətin yaranmasında, formalaşaraq inkişaf etməsində çəkdiyi əziyyət, sərf etdiyi zaman və enerji insanı valeh edir. Sunay xanım TCOD-da bütün türk xalqlarının mədəni və siyası cəhətdən bir dövlətdə birləşdirilməsi məqsədinə xidmət edən pantürkizm ideyasının oftalmoloji modelini yaratdı. Panturançıların qurmağa çalışdıqları “Ümumi Türk Dövləti”nin ərazisi, Balkanlardan Krıma, Şərqi Sibirdən Çinə qədər uzanır. TCOD-ün üzvləri də məhz bu coğrafiyanı əhatə edir.
Sunay xanım TCOD-un yaranmasını belə xatırlayır:
“1992 Haziranda Toronto’ya Dünya Kongresine eşimle birlikte gittiğimde Novotel’de kalıyorduk. Kalanların coğu kongreye gelenlerdi. Sabah kahvaltılarında yuzlerce kişinin arasında bir kişi dikkatimizi çekiyordu ve bize benziyordu, kesinlikle Asya’li diyorduk. Bir sabah yine kahvaltıdayken eşim kahve almak için masadan kalkıp 1-2 adım attıktan sonra arkasından ” lutfen bana da bir kahve getirirmisin ” diye biraz yüksek sesle seslendim. Yan masada oturan o bey büyük bir sevincle benim yanıma gelip “Türk müsünüz?” diye sordu. “Evet” deyince “ben de Türk’üm ama Sibirya’dan UFA’dan” Prof.Dr. Murat AZNABAYEV dedi. Eşim kahveyi alıp donene kadar Murat AZNABAYEV’i ben coktan bizim masaya taşımış ve söhbete başlamıştım bile.
Paşa bey zaten oraya Türklerle birlikte geldiği için hep aramızdaydı. Böylece Murat beyi de aramıza almiş olduk (Paşa bey ve Murat bey, gerek Türkiye’deki ve gerekse yurt dışındakı kongrelere gittikleri icin her zaman karşılaşıyorduk. Bir müddet sonra Tamilla Hanım da Ulusal Nisan Kurslarımıza ara-ara katılmaya basladi).
1992 eylülünde Türkmenistan’a ( Asgabat’a ) Sari Karanov Akademisi’nin kuruluşunun 60.yili şerefine düzenlenen konferansa devlet gorevi ile gittiğimde, hekimler dahil hiç kimsenin üstünde- başında hicbir şeyleri yoktu, herkes çok fakırdı. Türkçelerimiz önceleri tutmazken, 3 günden sonra artık hepimiz Türkmeni, Kazak’ı, Azerisi, Özbek’i, Kırgızı, Başkurt’u ile her konuda ortak bir Türk dili ile konuşabiliyor ve söhbet edebiliyorduk.
Her gunun sabahında yıllardır bir-birini hic görmemiş ilk defa karşılaşan kardeşler gibi sarmaş dolaş oluyorduk. İki de bir Sahmurat “Allahverdi, Kurban, Seyid, Arzu, Halberdi 3-4 yıl önce size birileri Türkiye’den gelecekler yan masada sizi gözetleyen dinleyen birileri olmadan aynı masada oturup birlikte yemek yiyeceksiniz her konuyu konuşabileceksiniz deseydi inanır miydiniz ? ” diye soruyor, onlar da ” Bunun rüyası bile mümkün değildi ” diyorlardı. Gözlerindeki o mutluluğu ve işıltıyı tarif edemem. O gün oradan ayrılırken, “70 yıl eti tırnaktan ayırmışlar. Anayurt, atayurt darmandağınık olmusuz. Bundan sonra var gücümle en azından kendi meslek camiam içinde Türk asıllı göz hekimlerini biraraya getirmek için gayret sarf edeceğim” diye hüngür-hüngür ağlayarak onlarla vedalaştım.
Toplantıya katılan herkesin kartvizitlerini toplamiştim. Hepsine mektup yazdim. Cevap alamayınca dondum-dondum bir daha yazdım. Telefonlardan aradım, hatlar çok kötüydü. Günlerce hatlar calişmiyor, ya da sürekli kopmalar oluyordu. 1997 de TOD Genel Sekreteri, 1999 da TOD Genel Başkanı olunca, ülkelerdeki seferathanelerimize, sağlık bakanlıklarına yazılar göndermeye başladim. İlk yazı yine Türkmenistan’dan 2000 yılında geldi. Bizi Kongrelerine davet ediyorlardı. Bu toplantının ruyalarımızı gerçekleştirmeye vesile olabileceğini söyledim. Türkiye’den ve Kuzey Kıbrıs’dan 23 kişi Asgabat’a gittik. Paşa bey ve kardeşi Sevinc Hanım da orada idiler. TCOD’u enine boyuna hep birlikte tartıştık. Diğer ülkelerde dernek olmadığı için Türkiye’de Derneği hemen kurmaya karar verdik. Eylül sonundakı kongremize hepsini davet ettik. Her ülkeden konuklarımız TOD Kongresine katıldılar. Kongre sonunda haril-haril dernek kuruluş çalışmalarını başlattım.
2000 Aralıkta Azerbaycan’a ilk defa Merkezi Klinik Hastanenin açılışı nedeniyle gittim. Haydar ALIYEV hastanenin onunde herkese hitap etti. Cok büyük bir muhabbet ve kardeşlik yaşandı. Bir gece yatıp Türkiye’ye döndük. Döner-dönmez Derneğe Türk adı alabilmek için Bakanlar Kuruluna muracaat ettim. Bakanlar Kurulu Türk adını almamıza izin verdi ve 15 Ocak 2001 de TCOD kurulmuş oldu.”
Sunay xanımın dili ilə desək, “Bu yeddi türkdilli cümhuriyyətin bir araya gəlməsinin hekayəsi idi”. Hal-hazırda TCOD-da 1200-dən artıq üzv var və üzvlərin sayı durmadan artır. 2009-cu ilin sentyabr ayından etibarən təşkilatın üzvləri Amerika Oftalmologiya Akademiyası tərəfindən hazırlanmış və oftalmologiya sahəsində baş verən elmi yeniliklərdən ibarət həftəlik “AAO-Express”, həmçinin Yaxın Şərq və Afrika Oftalmologiya Şurasının xüsusi nəşri olan “MEACO-Express” onlayn jurnalını oxumaq şansı əldə ediblər. 2010-cu ilin əvvəllərində TCOD üzvləri üçün “Yahoo-Grupu”-nun hazırlanması üzvlər arasında fikir və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün əvəzolunmaz vasitə oldu. 2012-ci ildə TCOD-un İstanbulda ilk Beynəlxalq Simpoziumu keçirildi. Daha sonra 2014-cü ildə Bakıda, 2015-ci ildə İssık Kulda, 2017-ci ildə Oşda və 2018-ci ildə Daşkənddə möhtəşəm beynəlxalq səviyyəli tədbirləri keçirilərək, oftalmoloqların yaddaşlarına həkk olundu.
Artıq 20 ildir ki, TCOD bizimlədir. Sevincli günlərimizdə və bayramlarda təbrikləri ilə, qürur verici yeniliklər və uğurlarla, oftalmologiyada baş verən yadda qalan hadisələrlə hər zaman gözlərimizin önündədir.
TCOD-un 20-ci il dönümündə Dr. Sunay Duman illərlə çəkdiyi əziyyətin bəhrəsini gördü və fəaliyyəti Türkiyə oftalmoloqları tərəfindən yüksək qiymətləndirilərək Türk Oftalmoloji Dərnəyinin Fəxri sədri seçildi.
Sunay xanımdan sonra TCOD-a Türkiyənin tanınmış retinoloqu, dünyaca məhşur Prof. Önər Gəlişkən rəhbərlik edir.
Ümid edirik ki, məhz Türk Cümhuriyyətləri Ofatlmologiya Dərnəyinin köməyi ilə türkdilli ölkələrin oftalmoloqları XXI əsr oftalmologiyasına əvəzolunmaz töhfələr verəcəklər.
P.S. Ankarada Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün “Anıtkabır” movzoley kompleksində “Aslanlı yol” adlanan və ziyarətçiləri Atatürkün hüzuruna aparan uzunluğu 262 metr olan yolun hər iki tərəfində 24 oğuz boyunu təmsil edən 24 aslan heykəli vardır. Sakit vəziyyətdə oturmuş aslanlar simvolik olaraq güclü və qüvvətli, lakin sülhsüvər və təmkinli türk xalqını simvolizə edir…