Diaqnoz qoy: Görmənin zəifləməsi, homonim qüsur, rəng pozğunluğu

Neyro-oftalmologiya

Son 1.5 il ərzində 72 yaşlı qadında görmə qabiliyyəti getdikcə pisləşir və sol homonim qüsur yaranır. Müayinə zamanı görmə itiliyi OU 0.5 idi, nisbi afferent bəbək qüsuru (NABQ) yoxdur. Xəstə nəzarət lövhəsi də daxil olmaqla İşihara rəngli lövhələrdən heç birini oxuya bilmədi. Görmə sahəsi az dəqiq olan sol homonim qüsuru göstərir. Göz dibinin görünüşündə əhəmiyyətli dəyişiklik yoxdur. Maqnit rezonans tomoqramında (MRT) insult və ya şiş əlamətləri görsənmir. Şəkildə beynin pozitron emissiya tomoqrafiyası (PET) göstərilib. Ən çox ehtimal olunan diaqnoz hansıdır?