Oftalmologiya by ADMO Union Facebook qrupu
Oftalmologiya by ADMO Union Azərbaycanın ən böyük on-line oftalmo-icması. Xəbərlər, yeniliklər, fikir mübadiləsi hamısı bir qrupda.
Oftalmoloji ədəbiyyat
Oftalmoloji təhsilin artırılmasında əsas vasitə müasir oftalmoloji ədəbiyyatın əlçatan olmasıdır
MARAQLI KLİNİK HALLAR
AAO-nun “EyeNet” jurnalından götürülmüş və Azərbaycan dilinə tərcümə olunmuş maraqlı kliniki hallar
DİAQNOZ QOY
Amerika Oftalmologiya Akademiyasının (AAO) interaktiv “Diagnose This” materialları Azərbaycan dilində
SUALLAR VƏ CAVABLAR
Oftalmologiyanın müxtəlif sub-ixtisasları üzrə sual - cavab formatında biliklərini sına
Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi 2006-ci ildə təsis edilib

Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin təsis edilməsindən təqribən 20 ilə yaxın bir vaxt keçir. Dünyada ilk dəfə gənc oftalmoloqlar tərəfindən yaradılaraq, təsis edilən təşkilat bizim uğurumuzun göstəricisi olmaqla yanaşı, həm də  ölkəmizdə gənclərə və vətəndaş cəmiyyətinin formalaşmasına olan dəstəyin bariz nümunəsi idi.

Azərbaycandan olan gənclərin dünyanın mötəbər oftalmoloji tədbirlərində ölkəmizin adını təmsil  etməsi, beynəlxalq oftalmoloji təşkilatlarla qarşılıqlı fəaliyyətə başlaması tək bizim gənclərin nailiyyəti deyildi, eyni zamanda bizim müəllimlərimizin, həmçinin məsləkdaşlarımızın uğuru olmaqla yanaşı, ölkəmizdə oftalmologiya elminin inkişafına olan dəstəyin və diqqətin təzahürü idi.

Təşkilatımız yarandığı gündən yaradıcı potensiala malik kreativ gənc oftalmoloqlarla işləməyə böyük önəm vermiş, onların faydalı ideyalarını hər zaman yüksək qiymətləndirərək dəstəkləmişdir. Məhz onlara olan etibar və güvənc sayəsində fəaliyətimizdə uğurlar əldə etmişik.

Biz bu gün də öz təməl prinsiplərimizə sadiq qalaraq ölkəmizdə müasir oftalmologiyanın inkişafında yeni fikirləri olan yaradıcı gəncləri öz sıralarımızda görməyə, həmçinin onların yeni ideya və təkliflərini hər zaman böyük həvəslə dinləməyə hazır olduğumuzu bildirirk.

Dr. Emin Əlihüseynli
Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri.

Təşkilatın məqsədləri
Əsas prinsiplər
Gənclərə olan güvənc

Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi yarandığı gündən yaradıcı potensiala malik kreativ gənc oftalmoloqlarla işləməyə böyük önəm vermiş, onların faydalı ideyalarını hər zaman yüksək qiymətləndirərək dəstəkləmişdir. Məhz onlara olan etibar və güvənc sayəsində fəaliyətimizdə uğurlar əldə etmişik.

Biz bu gün də öz təməl prinsiplərimizə sadiq qalaraq ölkəmizdə müasir oftalmologiyanın inkişafında yeni fikirləri olan yaradıcı gəncləri öz sıralarımızda görməyə, həmçinin onların yeni ideya və təkliflərini hər zaman böyük həvəslə dinləməyə hazır olduğumuzu bildirirk.

Məsləkdaşlarımız arasında sıx oftalmo-icmanın qurulması və inkişafı

Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi Azərbaycanda oftalmoloqları sosial şəbəkədə birləşdirən ən böyük Facebook qrupu olan “Oftalmologiya by ADMO Union” qrupunun yaradıcısıdır. Oftalmologiya qrupuna yalnız həkim oftalmoloqlar qəbul olunur. Qrupda müxtəlif oftalmoloji problemlər müzakirə olunur, elanlar və yeniliklər paylaşılır, oftalmoloqlar arasında müxtəlif fikir mübadilələri həyata keçirilir.

https://www.facebook.com/groups/oftalmologiya

Beynəlxalq oftalmoloji ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi

Oftalmoloji təhsilin inkişafı üçün müasir dünya standartlarına cavab verən ədəbiyyatın oftalmoloqun öz dilində oxuyub, anlayacağı tərzdə olması çox vacibdir. Buna görə də biz beynəlxalq oftalmoloji vəsaitlərin Azərbaycan dilinə tərcümə edilib, oftalmoloqlarımız arasında yayılmasına böyük önəm verir və bu çətin, ancaq vacib işdə fəaliyyətimizi davam etdiririk. Özünü oftalmoloji ədəbiyyatın ana dilimizə tərcümə prossesində görmək istəyən hər bir oftalmoloqu öz sıralarımıza qəbul edib, aramızda görməkdən qürur duyarıq.

Görmənin qorunması və geridönməz görmə itkisi ilə mübarizə

Hər bir oftalmoloqun ümdə vəzifəsi kainatın bizə bəxş etdiyi görmə qabiliyyətinin qorunması və geridönməz görmə itkisi ilə mübarizədir. Təbii ki, bu problemlə qapı-qapı düşüb məşğul olmaq, hər bir pasienti problem inkişaf etməmiş aşkar edib, müalicə etmək qeyri mümkündür. Ona görə də bu işin öhdəsindən gəlmək üçün oftalmoloqların oftalmoloji təhsilinin səviyyəsini artırmaq, onların bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin ən əsası əhali arasında maarifləndirici işlər aparmaq xüsusilə vacibdir.

Görüşlər və tədbirlər
Qrant proqramları

Beynəlxalq Oftalmologiya Şurası “ICO Fellowship” proqramı

Beynəlxalq Oftalmologiya Şurasının (BOŞ) təklif etdiyi “Fellowship” qrant proqramı inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlara dünyanın aparıcı oftalmoloji…

Türk dilini bilənlər üçün “ICO Fellowship” proqramı

Beynəlxalq Oftalmologiya Şurasının (BOŞ) təklif etdiyi “ICO Fellowship” qrant proqramı inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlara dünyanın aparıcı…

Avropa Oftalmologiya Cəmiyyətinin Qrant proqramı

Avropa Oftalmologiya Cəmiyyəti hər il Şərqi Avropa ölkələrindən olan oftalmoloqlara Qərbi Avropanın aparıcı oftalmoloji mərkəzlərində qısa müddətli ixtisasartırma…
Dünya əhalisində görmə qüsurları ilə bağlı faktlar
Görməsini tam itirmiş insanların sayı 49.1 milyon
Korreksiya olunmamış refraksiya qüsurlarından əziyyət çəkənlərin sayı 127.7 milyon
Kataraktadan əziyyət çəkənlərin sayı 57.1milyon
Annotasiya

Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) – 10 dekabr 1920-ci ildə yaranmışdır. 1977-ci ildə əməkdar elm xadimi, tibb elmləri doktoru, AMEA-nın akademiki Zərifə Əliyevanın təklifi və rəhbərliyi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti (SSRİ) İdarə Heyətinin plenumu keçirilmişdir. Müstəqill Azərbaycan Respublikasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təkrari qeydiyyatı 22 iyun 2017-ci ildə olunmuşdur. Hal-hazırda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyətinə – Akademik Zərifə Əliyeva adına MOM-un direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov sədrlik edir.

Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC)

Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyi (TCOD) – 2001-ci ildə Ankara şəhərində təsis edilmişdir. Dərnəyin əsas məqsədi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Rusiyanın türkdilli Federasiyalarından olan oftalmoloqları bir şəmsiyyə altında birləşdirərək, bu ölkələrdə fəaliyyət göstərən göz həkimlərinin elmi-oftalmoloji inkişafına kömək gösrtərməkdir. Dərnək yaranan gündən ona Dr. Sunay Duman rəhbərlik edib. Hazırda dərnəyin sədri Prof. Önər Gəlişkəndir.

Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyi (TCOD)

Beynəlxalq Oftalmologiya Şurası – International Council of Ophthalmology (BOŞ/ICO) – 1827-ci ildə Brüsseldə, 24 ölkədən olan 150 oftalmoloqun iştirak etdiyi ilk Beynəlxalq Oftalmologiya Konqresində (hazırda Dünya Oftalmologiya Konqresi) təsis edilib. İdarə heyətinin tərkibi 1927-ci ildə Sxeveningen, Hollandiyada təsdiqlənib. Üzv təşkilatların qəbuluna 1933-cü ildə Madriddə, İspaniyada başlanmış və Oftalmoloji Təşkilatların Beynəlxalq Federasiyası təsis edilmişdir. 2008-ci ilin iyul ayına qədər təşkilatın rəsmi adı Oftalmoloji Təşkilatların Beynəlxalq Federasiyası, icraedici orqanı isə Beynəlxalq Oftalmologiya Şurası idi. Həmin il Hong-Kongda keçirilən Dünya konqresində təşkilatın adındakı anlaşılmazlığı aradan qaldırmaq üçün rəsmi adı Beynəlxalq Oftalmologiya Şurası olaraq qəbul edildi. Hazırda BOŞ sədri xanım Neeru Guptadır.

Beynəlxalq Oftalmologiya Şurası - International Council of Ophthalmology (BOŞ/ICO)

Avropa Oftalmologiya Cəmiyyəti / European Society of Ophthalmology (SOE) – Avropada fəaliyyət göstərən 44 oftalmoloji üzv təşkilatdan ibarətdir. Cəmiyyət 2 ildə bir dəfə olmaqla Avropanın müxtəlif ölkələrində konqres təşkil edir, həmçinin təhsil qrantları verir, Avropada Liderlik proqramları (EuLDP) keçirir, eləcə də Avropanın müxtəlif ölkələrində klinik mütəxəssislərə və alimlərə mühazirə demələri üçün sponsorluq edir. Avropada gənc oftalmoloqların inkişafı naminə müxtəlif proqramları dəstəkləyir. Hazırda cəmiyyətin sədri Vagih Aklimandosdur.

Avropa Oftalmologiya Cəmiyyəti / European Society of Ophthalmology (SOE)

Amerika Oftalmologiya Akademiyası / American Academy of Ophthalmology (AAO) – ilk dəfə 1896-cı ildə Amerika Oftalmologiya və Otolarinqologiya Akademiyası kimi təsis edilib, 1979-cu ildən etibarən sərbəst fəaliyyət göstərərək oftalmoloqların professional tibbi assosasiyası kimi fəaliyyət göstərir. Akademiyanın baş qərargahı San-Fransiskoda, ABŞ-da yerləşir və 7000 üzvü xarici ölkədən olmaqla 32000-ə qədər üzvü var. AAO hazırda dünyanın ən böyük oftalmoloji təşkilatlarından olub, oftalmoloji təhsilin artırılmasında böyük layihələr həyata keçirir. 2010-cu ildə Akademiya göz xəstəlikləri barədə ensiklopedik məlumatları özündə birləşdirən EyeWiki oftalmoloji internet-ensikloediyasını yaradaraq istifadəyə verib.

Amerika Oftalmologiya Akademiyası / American Academy of Ophthalmology (AAO)

Beynəlxalq Pediatrik Oftalmologiya və Çəpgözlük Şurası / International Pediatric ophthalmology and Strabismus Council (IPOSC) – uşaqlarda göz sağlamlığının və görmənin qorunması və bərpa olunması naminə, həmçinin uşaqlarda və böyüklərdə çəplik və binokulyar görmə problemləri ilə məşğul olan milli və regional təşkilatlardan ibarətdir. Təşkilat bu istiqamətdə müxtəlif tədqiqatlar aparır, problemlə məşğul olan mütəxəssislərin bilik və bacarıqlarını təkmilləşdirmək üçün qrant proqramları təklif edir.

Beynəlxalq Pediatrik Oftalmologiya və Çəpgözlük Şurası / International Pediatric ophthalmology and Strabismus Council (IPOSC)