Amerika Oftalmologiya Akademiyasının (AAO) təhsil materiallarının paylanması

Nəzəri və Klinik Elmlər Kursu – Basic and Clinical Science Course (BCSC) – 60 ildən artıq bir dövrdə mütəmadi olaraq nəşr edilir və hər dəfə oftalmologiya sahəsində ən son və ən yeni məlumatlarla zənginləşdirilir. Məhz buna görə qeyd edilən ədəbiyyat həkimlər üçün oftalmologiya sahəsində son klinik məlumatlarla zəngin və etibarlı mənbə hesab edilir.

Amerika Oftalmologiya Akademiyası (AOA) inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən rezidentlərin və gənc oftalmoloqların maddi vəziyyətini nəzərə alaraq, onların dövrü ədəbiyyatla təmin olunması məqsədi ilə yerli oftalmoloji təşkilatlarla birgə fəaliyyət göstərir. MOİYB və AOA arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Milli Oftalmologiya Mərkəzinin, ATU Oftalmologiya Kafedrasının və ölkəmizdə rezidentura təhsili ilə məşğul olan bir sıra mərkəzlərin kitabxanaları bu ədəbiyyatla təmin edilib.

Amerika Oftalmologiya Akademiyasının Nəzəri və Klinik Elmlər Kursu toplusu oftalmologiya sahəsində fundamental və klinik məlumatları əhatə edən geniş resursdur. Bütün dünyada praktik fəaliyyətlə məşğul olan oftalmoloqlar və rezidentlər Nəzəri və Klinik Elmlər Kursunun kitablarını xəstələrə yüksək keyfiyyətli oftalmoloji xidmətin göstərilməsi üçün mütəmadi olaraq istifadə edirlər. Bu tövsiyyələr hər il 100-dən çox oftalmoloqun tövsiyyəsi ilə yenilənir.

13 tomun hər biri son elmi yeniliklərlə zəngin materiallar, qısa məlumatlar və cədvəllər, özünü yoxlamaq üçün suallar, foto və illüstrasiyalardan ibarət olmaqla yanaşı  “AMA PRA” kateqoriyası üzrə 1 kredit əldə edilməsi üçün imkan yaradır.

2013-2014-cü illər nəşrindən başlayaraq Amerika Oftalmologiya Akademiyası və Avropa Oftalmologiya Şurası (European Board of Ophthalmology – EBO) birgə fəaliyyətə başlayaraq, Nəzəri və Klinik Elmlər Kursunun məlumatlarını Avropada oftalmoloji təhsil ilə məşğul olan bütün mərkəzlər üçün istinad ədəbiyyatı olaraq qəbul ediblər. EBO Avropada fəaliyyət göstərən oftalmoloqlara və rezidentlərə hər il keçirilən EBO imtahanına hazırlaşmaq və EBO Diplomu almaq üçün Nəzəri və Klinik Elmlər Kursunun materiallarından istifadə etməyi tövsiyyə edir.

Davamlı Tibbi Təhsilin (DTT) təmin olunması üçün Amerika Oftalmologiya Akademiyası “Accreditation Council for Continuing Medical Education” (ACCME) tərəfindən akkreditasiya edilib. Amerika Oftalmologiya Akademiyası “AMA PRA Category 1 Credits TM” üzrə bu zəngin resursdan istifadəyə görə maksimum 10 kredit verir.

Oftalmoloqlarımız və rezidentlərlə 2019-2020-ci il nəşrini bölüşürük. Nəşr ingilis dilindədir. PDF faylları yükləyib istifadə edə bilərsiz.

I Cild: Update on General Medicine / Ümumi Tibbdə Yeniliklər (PDF)
II Cild: Fundamentals and Principles of Ophthalmology / Oftalmologiyanın Əsasları və Prinsipləri (PDF)
III Cild: Clinical Optics / Klinik optika (PDF)
IV Cild: Ophthalmic Pathology and Intraocular Tumors / Oftalmo-patologiya və İntraokulyar şişlər (PDF)
V Cild: Neuro Ophthalmology / Neyro-oftalmologiya (PDF)
VI Cild: Pediatric Ophthalmology and Strabismus / Pediatrik oftalmologiya və Çəpgözlük (PDF)
VII Cild: Oculofacial Plastic and Orbital Surgery / Okulofasial Plastik və Orbital Cərrahiyyə (PDF)
VIII Cild: External Disease and Cornea / Göz səthi xəstəlikləri və Buynuz qişa (PDF)
IX Cild: Uveitis and Ocular Inflammation / Uveitlər və Okulyar iltihab (PDF)
X Cild: Glaucoma / Qlaukoma (PDF)
XI Cild: Lens and Cataract / Büllur və Katarakta (PDF)
XII Cild: Retina and Vitreous / Tor qişa və Şüşəvari cisim (PDF)
XIII Cild: Refractive Surgery / Refraktiv cərrahiyyə (PDF)
Master Index / Ədəbiyyat göstəricisi (PDF)