ARVO Səyahət qrantları
Oftalmologiya üzrə elmi araşdırmaları dəstəkləyən təşkilatlar arasında ən çox üzvü olan və baş ofisi ABŞ-da yerləşən Görmə və Oftalmologiya üzrə Tədqiqat Assosiasiyasıdır (Association for Research in Vision and Ophthalmology -ARVO). Bu təşkilat oftalmogiyanın bütün sahələri, həmçinin görmənin biologiyasını, biokimyasını və digər xüsusiyyətləri üzrə həyata keçirilən müxtəlif tədqiqatları dəstəkləyirlər. Görmə və Oftalmologiya üzrə Tədqiqat Assosiasiyası (ARVO) gənc oftalmoloqlara oftalmologiya və görmə sahəsində tədqiqatların həyata keçirilməsi üzrə müxtəlif qrantlar ayırır. ARVO səyahət qrantı proqramının əsas məqsədi oftalmologiya və ya görmə sahəsində əhəmiyyət kəsb edən tədqiqatlarla məşğul olan və öz tədqiqatlarının nəticələrini ARVO-nun illik toplantısında təqdim etmək üçün seçilmiş tədqiqatçıların səhayət haqqını hissəvi ödəməkdən ibarətdir. Bu proqram həmçinin tədqiqatçılara öz araşdırmalarının nəticələrini həmin sahədə fəaliyyət göstərən mütəxəssislərlə müzakirə etmək üçün əvəzolunmaz imkan yaratmış olur.
2021-ci il səyahət grant proqramının iştirakçıları tədbirdə virtual formatda iştirak edəcəklər.