International Ophthalmological Fellowship Foundation (IOFF) – Beynəlxalq Oftalmologiya üzrə Təqaüd Fondunun qrant proqramı

International Ophthalmological Fellowship Foundation (IOFF) – Beynəlxalq Oftalmologiya üzrə Təqaüd  Fondu inkişaf etməkdə olan ölkələrdə çalışan gənc oftalmoloqlar üçün IOFF-Sub-ixtisas proqramında iştirak etmək üçün imkan yaradır. Proqramın əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə çalışan gənc oftalmoloqların bilik və bacarıqlarını təkmilləşdirməkdir. Oftalmoloqun öz ölkəsinə qayıtdıqdan sonra əldə etdiyi bilik və bacarıqları görmənin qorunması və korluqla mübarizə üzrə layihələrdə tətbiq edəcəyi gözlənilir.

Proqramın uğur əldə etməsi və davamlı olması üçün dünyanın bir çox aparıcı oftalmoloji mərkəzləri “IOFF-Subspecialty Fellowship” layihəsində yaxından iştirak edirlər. Beləki, sub-ixtisas təhsili verən mərkəzlər bunun üçün proqramda iştirak edən oftalmoloqdan elmi və klinik təhsilə görə heç bir ödəniş tələb etməyəcəklər. Təşkilatçılar istər xəstəxana daxilində, istərsə də xəstəxanadan xaricdə proqram iştirakçısının xoş təəssüratlar əldə etməsi naminə çalışacaqlar. İstər fondun əsas ofisi, istərsə də təhsil vermək üçün öhdəlik götürmüş mərkəz proqramın iştirakçısı olan gənc oftalmoloqla proqram dövründə sıx təmasda olmaqla, onun təlabatlarını ödəmək üçün birgə fəaliyyət göstərəcəklər. Proqram bitdikdən sonra həm təqaüd almış oftalmoloq, həm də proqramın həyata keçirildiyi mərkəz fondun baş ofisiniə görülmüş işlər barədə hesabat göndərməlidirlər. Bu hesabat proqramın daima təkmilləşməsinə və çatışmazlıqların qarşısını almağa kömək edəcək. Ölkəsinə geri döndükdən sonra təqaüd almış gənc oftalmoloqdan gördüyü işlər barədə gələcəkdə də fondun baş ofisini məlumatlandırmaq xahiş olunur ki, bu da proqramın uzun dövr üçün verdiyi faydanı qiymətləndirməyə kömək edəcək. Bu hesabatlar “IOFF-Subspecialty Fellowship” proqramının keyfiyyətini, verdiyi faydanı və effektivliyini qiymətləndirmək funksiyası daşıyır.

“IOFF-Subspecialty Fellowship” proqramı üzrə təqaüdlər – Katarakta cərrahiyyəsi, ümumi oftalmlogiya, buynuz qişa və ön seqment xəstəlikləri, qlaukoma, zəifgörmə və reabilitasiya, tibbi retina, mikrobiologiya/ okulyar patologiya / okulyar onkologiya, neyro-oftalmologiya, okuloplastika, oftalmogenetika, uşaq oftalmologiyası, uşaq oftalmologiyası və çəpgözlük, retinoblastoma, ROP və uşaq tor qişa xəstəlikləri, çəpgözlük, travmalar, uveitlər və vitero-retina üzrə təqdim edilir.

“IOFF-Subspecialty Fellowship” proqramı refraksion cərrahiyyə estetik cərrahiyyə üzrə təhsil proqramlarını dəstəkləmir.

“IOFF-Subspecialty” proqramı üçün təqaüdlər 3 aylıq və 1 illik dövr üçün verilir.

“IOFF-Subspecialty Fellowship” təqaüd  proqramda iştirakçı seçimi zamanı xüsusi diqqət namizədin yaşadığı ölkəyə, çalışdığı mərkəzə və ICO imtahanlarında (ICO Exams) iştirakına verilir.

“IOFF-Subspecialty Fellowship” təqaüd proqramının inkişafı üçün Ursapharm, Santen, Carl Zeiss Meditec, CBM, DOG, Dr. Rolf M. Şvitenin Fondu kimi farmokoloji şirkətlər və təşkilatlar mütəmadi olaraq böyük həcmdə maddi dəstək göstəriblər.

“IOFF-Subspecialty Fellowships” proqramı barədə ətraflı məlumatı www.ioff.org saytından və ya “IOFF-Subspecialty Fellowships” proqramının icraçı direktoru  Cordula Gabel-Obermaier xanıma: cgo@ioff.org e-mail ünvanına müraciət etməklə əldə edə bilərsiz.

İxtisaslar üzrə 3 aylıq “IOFF-Subspecialty Fellowships” proqramı

3 aylıq “IOFF-Subspecialty Fellowships” proqramında iştirak üçün inkişaf etməkdə olan və az gəlirli ölkələrdə yaşayan gənc oftalmoloqlar müraciət edə bilərlər. Proqramın əsas məqsədi inkişaf etməkdə olan gənc oftalmoloqların bilik və bacarıqlarını təkmilləşdirməkdir. Oftalmoloqun öz ölkəsinə qayıtdıqdan sonra əldə etdiyi bilik və bacarıqları görmənin qorunması və korluqla mübarizə üzrə layihələrdə tətbiq edəcəyi gözlənilir.

Namizədlər təqaüd proqramında iştirak üçün 6000 ABŞ Dolları, və ya 5000 Avro həcmində qrant əldə etmək üçün müraciət edə bilərlər. Bu məbləğ namizədin 3 ay müddətində tələbə tərzli həyat xərclərini, gediş-gəliş biletini və yaşamaq xərclərini ödəmək üçün nəzərdə tutulub.

Seçim zamanı namizədlərə verilən üstünlüklər:

  • namizəd aşağı gəlirli və inkişaf etməkdə olan ölkədə yaşamalı və daimi iş yeri olmalıdır
  • müraciət zamanı namizədin yaşı 40-dan aşağı olmalıdır.
  • namizəd rezidentura proqramını bitirməli və oftalmologiya üzrə ixtisas dərəcəsi sahibi olmalıdır
  • əvvəlki rəhbərinin və hazırki rəhbərinin tövsiyyə məktubu olmalıdır
  • namizəd proqramda iştirak edib, ölkəsinə qayıtdıqdan sonra əvvəlki iş yerində çalışmalıdır
  • Namizədin ICO imtahanlarında iştirakı tövsiyyə olunur, ancaq bu mütləq deyil

Proqramda iştirak üçün qadın oftalmoloqların müraciəti xüsusilə yüksək qiymətləndirilir.

“Helmerich International Fellowship” qrant proqramı

“Helmerich International Fellowship” qrant proqramı – hər il məhdud resurslara malik, aşağı gəlirli ölkələrdə yaşayan və yaşadığı ölkəsində oftalmoloji təhsilin səviyyəsini və pasiyentlərə oftalmoloji xidmətin keyfiyyətini yüksəltməyə çalışan 2 gənc oftalmoloqa təqdim edilir. Proqramda iştirak edəcək namizəd öz üzərinə proqram bitdikdən sonra mütləq ölkəsinə qayıtmaq, təqaüd proqramı zamanı əldə etdiyi bilik və bacarıqları məsləkdaşlarıyla bölüşmək üçün təhsil müəssisəsində və ya dövlət xəstəxanasında işləmək öhdəçiliyi götürməlidir.

Namizədlər təqaüd proqramında iştirak üçün 30 000 ABŞ Dolları həcmində qrant əldə etmək üçün müraciət edə bilərlər. Bu məbləğ namizədin 1 il müddətində tələbə tərzli həyat xərclərini, gediş-gəliş biletini və yaşamaq xərclərini ödəmək üçün nəzərdə tutulub.

Seçim zamanı namizədlərə verilən üstünlüklər:

  • namizəd aşağı gəlirli və inkişaf etməkdə olan ölkədə yaşamalı və daimi iş yeri olmalıdır
  • müraciət zamanı namizədin yaşı 40-dan aşağı olmalıdır.
  • namizəd rezidentura proqramını bitirməli və oftalmologiya üzrə ixtisas dərəcəsi sahibi olmalıdır
  • əvvəlki rəhbərinin və hazırki rəhbərinin tövsiyyə məktubu olmalıdır
  • namizəd proqramda iştirak edib, ölkəsinə qayıtdıqdan sonra oftalmoloji təhsil mərkəzində çalışmalıdır
  • Namizədin ICO imtahanlarında iştirakı tövsiyyə olunur, ancaq bu mütləq deyil

Proqramda iştirak üçün qadın oftalmoloqların müraciəti xüsusilə yüksək qiymətləndirilir.