Avropa Oftalmologiya Cəmiyyətinin Qrant proqramı
Avropa Oftalmologiya Cəmiyyəti hər il Şərqi Avropa ölkələrindən olan oftalmoloqlara Qərbi Avropanın aparıcı oftalmoloji mərkəzlərində qısa müddətli ixtisasartırma kurslarında iştirak üçün qrantlar təqdim edir.
Bu kurslar 4-6 həftəlik müddəti əhatə edir , oftalmoloqa 1000 avro həcmində təhsil qrantı verilir və kursda iştirak edən oftalmoloq olduğu oftalmoloji mərkəzdə klinikada nəzarətçi qismində iştirak edir. Kursları təqdim edən və sub-ixtisaslar üzrə nəzarətçiləri qəbul etməyə hazır oftalmoloji mərkəzlərin siyahısı ilə Avropa Oftalmologiya Cəmiyyətinin saytında tanış ola bilərsiz.
Təhsil qrantlarının sayı məhduddur və Şərqi Avropa ölkələrindən hər il 2-3 oftalmoloq proqramda iştirak üçün seçilir. Şərqi Avropa ölkələrinin siyahısına – Albaniya, Azərbaycan, Belarus, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çex respublikası, Çernoqoriya, Estoniya, Gürcüstan, Ermənistan, Macarıstan, Latviya, Litva, Makedoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya və Ukrayna aiddir.
Bir şeyi nəzərinizdən qaçırmayın ki, qrant müsabiqəsində iştirak zamanı siyahıdan seçdiyini oftalmoloji mərkəzlə birbaşa əlaqə yaratmağa çalışmayın. Siz seçim turundan keçib, seçildikdən sonra biz sizinlə əlaqə saxlayacıq və ondan sonra sizi əlavə məlumatlandıraraq, seçdiyiniz oftalmoloji mərkəzlə əlaqə saxlamanızı xahiş edəcik.
Qrant müsabiqəsində iştirak üçün ərizələr yalnız Avropa Oftalmologiya Cəmiyyətinin veb saytından qəbul edilir. Müraciətlər hər il may ayının 1-dən sentyabr ayının 30-dək davam edir.
Ətraflı məlumat üçün linkə daxil olun.