Beynəlxalq Oftalmologiya Fondu İmtahanlarının Azərbaycanda keçirilməsi

2024-cü ildən etibarən Beynəlxalq Oftalmologiya Fondu – BOF (International Ophthalmology Foundation – IOF) dünyanın müxtəlif ölkələrində  oftalmologiya üzrə nəzəri və klinik biliklərin qiymətləndirilməsi üçün oftalmoloqlara “OF Exams” imtahanlarında iştirak imkanı yaradır. İmtahanların rəsmi dili – ingilis dilidir.

Beynəlxalq səviyyəli imtahanın ilk dəfə 26 mart 2025-ci il tarixdə keçirilməsi planlaşdırırlır.

“ICO Exams”- da olduğu kimi bu imtahanlarda da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən oftalmoloqlar yaşadığı ölkəsini tərk etmədən iştirak edə biləcəklər. Yeganə fərq Oftalmologiya Fondu imtahanlarının on-line təşkil olunmasıdır, yəni imtahana gələn şəxsin özü ilə laptop gətirməsi kifayətdir. Həmçinin, bu imtahanlarda oftalmoloqlarla yanaşı, 2-ci kurs rezidentlər də iştirak etmək imkanı əldə edəcəklər.

Azərbaycanda imtahanlar Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin təşəbbüsü ilə təşkil olunacaq.

İmtahanlar 3 hissədən ibarətdir:

  • Visual Sciences – Görmə ilə bağlı elmlər. 120 sual 3 saat müddətində.
  • Optics & Refraction and Instruments – Optika, refraksiya və avadanlıqlar. 60 sual – 1.5 saat.
  • Clinical Ophthalmology – Klinik Oftalmologiya. 160 sual – 4 saat.

Əgər iştirakçı imtahanın Visual Sciences – Görmə ilə bağlı elmlər və Optics & Refraction and Instruments – Optika, refraksiya və avadanlıqlar hissəsindən müvəffəqiyyət əldə edərsə, növbəti il Clinical Ophthalmology – Klinik Oftalmologiya imtahanında iştirak etmək şansı əldə etmiş olacaq.

BOF imtahanlarının üstünlüklərinə aiddir:

İstənilən yerdə imtahan verməyə imkan verən çevik onlayn format;

Oftalmologiya üzrə nəzəri bilikləri əhatə edən hərtərəfli kurikulum;

İmtahandan müvəffəqiyyət əldə etmiş şəxslərə beynəlxalq səviyyədə tanınan sertifikatın təqdim olunması;

BOF icmasından davamlı dəstək və resurslarla təmin edilmə;

BOF imtahanlarından müvəffəqiyyət əldə etmiş şəxslərə Oftalmologiya üzrə Beynəlxalq Təqaüd Fonduna (International Ophthalmological Fellowship Foundation – IOFF ) müraciət zamanı üstünlüklər qazandırması;

Klinik Oftalmologiya İmtahanından keçən namizədlər  FIOF (Fellow of the International Ophthalmology Foundation – Beynəlxalq Oftalmologiya Fondunun üzvü) fəxri adına layiq görülməsi;

BOF Şurası tərəfindən eyni standartda hesab edilən imtahanlardan azadolma.

BOF ildə iki dəfə olmaqla mart və sentyabr aylarında rezident və oftalmoloqlar üçün dünyanın müxtəlif ölkələrində imtahanlar təşkil edəcək.

Növbəti imtahan 26 mart 2025-ci il tarixinə planlaşdırırlır. İmtahanda iştirak üçün qeydiyyatdan keçə bilərsiz.

BOF imtahanları barədə əlavə məlumatları aşağıdakı linklərdən əldə edə bilərsiz.

Laptop üçün tələblər;

Tələb olunan ədəbiyyat;

Tez-tez verilən suallar;

İmtahanların siyasəti.