Hər il Beynəlxalq Oftalmologiya Şurası (International Council of Ophthalmology – ICO) bütün dünyada oftalmologiya üzrə nəzəri və klinik biliklərin qiymətləndirilməsi üçün oftalmoloqlara “ICO Exams” imtahanlarında iştirak etmək imkanı yaradır.

Bu beynəlxalq səviyyəli imtahan hər il aprel ayının ilk günlərində oftalmoloqun yaşadığı ölkədə həyata keçirilir. İmtahanlar 2010-cu ildən etibarən Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin təşəbbüsü ilə Azərbaycanda da təşkil olunur.

İmtahanda iştirakla əlaqədar ərizə formalarının qəbulu üçün son tarix hər il 12 yanvardır.

İmtahanın sualları Devid Teylorun (İngiltərə) rəhbərliyi altında beynəlxalq mütəxəssislər qrupu tərəfindən hazırlanır.

Təsis olunduğu 1995-ci ildən indiyədək dünyanın müxtəlif ölkələrindən 53 000-dən çox oftalmoloq bu imtahanda iştirak edib. 2019-cu ildə dünyanın 80 ölkəsinin 130 test mərkəzində 5500 nəfər göz həkimi imtahanda oftalmologiya üzrə biliklərini qiymətləndirib.

“ICO Exams” tibb sahəsində yeganə ixtisas imtahanı olub, həmin imtahanda iştirak etmək istəyən oftalmoloqun yaşadığı ölkədə həyata keçirilir. İmtahan Standart və Advanced olmaqla 2 hissədən ibarətdir:

Standart imtahanlar 3 hissədən ibarətdir:

Əgər iştirakçı imtahanın A və B hissəsindən müvəffəqiyyət əldə edərsə, növbəti il C hissədə, yəni “Klinik Oftalmologiya” imtahanında iştirak etmək şansı əldə etmiş olur.

Advanced (ən üst səviyyə) imtahan.

Advanced ICO Examination imtahanında iştirak etmək üçün oftalmoloq Standart imtahanların hər üç hissəsindən uğurla keçməlidir. “Advanced” hissəsindən keçmiş oftalmoloq FİCO (Fellow of the ICO) postnominalını daşımağa layiq görülür.

İmtahandan müvəffəqiyyət əldə edən şəxslərə sertifikat təqdim olunur. Həmin sertifikat bütün dünyada qəbul olunur və onun sahibinin oftalmologiya üzrə nəzəri biliklərinin yüksək standartlara sahib olduğunu nümayiş etdirir. Sertifikatın sahibi xarici ölkələrdə oftalmoloq kimi işə düzəlmək istədikdə onun biliklərinin qiymətləndirilməsi üçün əlavə imtahanlardan azad edilir. “ICO Exams” imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərə Beynəlxalq Oftalmologiya Şurasının Fellowship proqramında iştirak üçün seçim zamanı xüsusi üstünlüklər verilir.

Bu imtahanların üstünlükləri barədə bir qədər məlumat vermək istərdim. Bu imtahandan uğur əldə etmiş oftalmoloqlar həm öz biliklərinin, həm də məxsus olduqları ölkənin oftalmologiyasının dünya standartlarına cavab verdiyini nümayiş etdirirlər. Bu da həmin ölkənin beynəlxalq oftalmologiya aləmində hörmətini artırır.

Bundan əlavə imtahanda uğur qazanmış və Böyük Britaniyada işləmək istəyən şəxslər həmin ölkənin FRCS imtahanının yazılı hissəsindən azad edilir. Avropa və ABŞ-da bu imtahandan keçmiş şəxslər daha rahat işə qəbul edilir. Ən yüksək bal toplayanlar iki ildən bir təşkil olunan Dünya Oftalmologiya Konqresində bütün xərclərinin ödənilməsi şərti ilə iştirak etmək şansına sahib olurlar.

Beynəlxalq Oftalmologiya Şurası imtahanlarının (ICO Exams) qiymətləri:

Visual Sciences (with Optics & Refraction, Instruments) – Görmə ilə bağlı elmlər (Optika və Refraksiya ilə) 780 USD

Visual Sciences (without Optics & Refraction, Instruments) – Görmə ilə bağlı elmlər (Optika və Refraksiyasız) 620 USD

Optics & Refraction, Instruments – Optika, refraksiya və avadanlıqlar 455 USD

Clinical Ophthalmology – Klinik oftalmologiya 1075 USD

 

“ICO Exams” imtahanları  Bakı şəhərində Landmark Biznes Mərkəzində keçirilir.

Azərbaycanda imtahanlar üzrə Ko-ordinator: Dr. Emin Əlihüseynli
E-mail: eminalihuseynli@yahoo.com
Mob/Whatsapp.: +994 50 394 17 20

Ərizə formasını doldurmaq üçün buraya tıklayın