Beynəlxalq tövsiyələrin ana dilimizə tərcüməsi

BEYNƏLXALQ OFTALMOLOGİYA ŞURASININ (BOŞ) BEYNƏLXALQ KLİNİK TÖVSİYYƏLƏRİ

Beynəlxalq Klinik Tövsiyyələr BOŞ tərəfindən qəbul edilmiş 19 tövsiyyədən ibarətdir.

Tövsiyyələr Azərbaycan dilinə Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi (MOİYB) tərəfindən tərcümə edilmişdir. Beynəlxalq Klinik Tövsiyyələrin əsas məqsədi oftalmoloqlara dəstək və oftalmoloji təhsilin artırılması, həmçinin xəstələrə yüksək keyfiyyətli xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Tövsiyyələr hazirlanarkən Amerika Oftalmologiya Akademiyası tərəfindən tərtib edilmiş İstinad Edilən Praktik Nümunələrə əsaslanmışdır.

Tövsiyyələr aşağıdakılardan ibarətdir:

  • Yaşla Əlaqədar Makulyar Degenerasiya (İlkin və sonrakı müayinələr)
  • Yaşla Əlaqədar Makulyar Degenerasiya (Müalicəyə dair tövsiyyələr)
  • Ambliopiya (İlkin və sonrakı müayinələr)
  • Bakterial keratitlər (İlkin qiymətləndirmə)
  • Bakterial keratitlər (Müalicəyə dair tövsiyyələr)
  • Blefaritlər (İlkin və sonrakı müayinələr)
  • Katarakta (İlkin müayinə)
  • Konyunktivitlər (İlkin müayinə)
  • Diabetik retinopatiya (İlkin və sonrakı müayinələr)
  • Diabetik retinopatiya (Müalicəyə dair tövsiyyələr)
  • Quru göz sindromu (İlkin müayinə)
  • Ezotropiya-Daxili çəpgözlük (İlkin və sonrakı müayinələr)
  • Cüzam zamanı görmə üzvünün xəstəlikləri(İlkin və sonrakı müayinələr)
  • Şüşəvari cismin arxa qopması, tor qişanin cırıqları və «Lattis» degenerasiyası (İlkin və sonrakı müayinələr)
  • Birincili açıq bucaqlı qlaukoma (İlkin müayinə)
  • Birincili açıq bucaqlı qlaukoma (Sonrakı müayinələr)
  • Birincili açıq bucaqlı qlaukomaya şübhə (İlkin və sonrakı müayinələr)
  • Birincili qapalı bucaqlı qlaukoma (İlkin müayinə və müalicə)
  • Traxoma

“Beynəlxalq Klinik Tövsiyyələr” Beynəlxalq Oftalmologiya Şurasi tərəfindən hazırlanıb.

Bu cür tövsiyyələrin ümumi standart şəklində təqdim edilməsi bəzi çətinliklərlə müşahidə edilir. Beləki,  müxtəlif coğrafi şərait, avadanlıq potensialı, xəstələrin müxtəlifliyi və s. ümumi standartların hazırlanmasında hər zaman çətinlik törədir.

Tövsiyyələr müayinələr zamanı istifadə olunan avadanlıqların, dərman vasitələrinin və cərrahi müdaxilələrin istifadəsi üçün xüsusi göstərişlər toplusudur.

Qeyd etmək lazımdır ki, tövsiyyələrin kor-koranə yerinə yetirilməsi müvəffəgiyyətli nəticənin əldə olunmasına təminat vermir. Burada xəstələrin fərdi xüsusiyyətləri, mövcud şərait, həmçinin həkimin fərdi bacarığı nəzərə alınmalı və vəziyyətdən asılı olaraq müxtəlif dəyişikliklərin həyata keçirilməsinin mümkünlüyü nəzərdən qaçırılmamalıdır.

Qeyd olunan tövsiyyələr tibbi təcrübəyə və ən son elmi məlumatlara əsaslanaraq tərtib olunmuşdur. BOŞ istifadə olunan məlumatları mütəmadi olaraq (təqribən hər iki, üç ildən bir) təzələmək üçün öhdəlik götürmüşdür.

Yüklə

OFTALMOLOGİYANI ÖYRƏNƏN TƏLƏBƏLƏR ÜÇÜN VƏSAİT

Beynəlxalq Oftalmologiya Şurası oftalmologiyanı öyrənən tələbələr üçün bir sira tədris materialları hazırlayıb. Bunlar arasında “Oftalmologiyani Öyrənən Tələbələr Üçün Vəsait” xüsusi ilə diqqətə layiqadir. Bu material Beynəlxalq Oftalmologiya Şurasının İşçi Qrupu  tərəfindən tərtib edilmiş “Tələbələr üçün oftalmoloji təhsil üzrə tədris planının prinsip və tövsiyyələri” vəsaiti əsasında hazırlanmışdır. Vəsaitdə əsasən göz almasının ön və arxa seqmentinin çox təsadüf edilən patologiyaları barədə qisaca məlumat yerləşdirilmişdir. Oftalmologiya üzrə səthi biliyə malik olan tələbələri yormamaq üçün xəsyəliyin əsas simptom və əlamətləri, xəstəliyin təsvirləri, həmçinin müalicəsi barədə qısaca məlumat verilmişdir.

Vəsait azərbaycan dilinə Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi tərəfindən tərcümə edilmişdir.

Yüklə

OFTALMOLOQLAR ÜÇÜN ETİK KOD

“Oftalmoloqlar üçün Etik Kod” Beynəlxalq Oftalmologiya Şurasının (BOŞ) Etik Komitəsi tərəfindən Prof. Pinar Aydının (Türkiyə) rəhbərliyi ilə iki il müddətində etik standartlar üzrə mütəxəssislər tərəfindən hazırlanmışdır. 2006-cı ildə  BOŞ tərəfindən bəyənilərək qəbul edilən Etik Kod 2007-ci ildə Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi tərəfindən ana dilimizə tərcümə edilərək həm çap materialı, həm də elektron formatda oftalmoloqlarımız arasında paylanmışdı.

Etik Kod oftalmoloqların peşə fəaliyyəti dövründə onların davranışlarının mənəvi prinsip və standartları üzrə tövsiyyələri özündə əks etdirir. Bu mənbə həm  təbabətin müvafiq sahəsinin üzvləri kimi, həm də üzvləri olduqları peşəkar birliklərin məsul şəxsləri kimi oftalmoloqların can atdığı idealları özundə cəmləşdirir.

Altı qrupa bölünən standartların hər biri ümumi prinsiplərdən ibarət olaraq, əlaqədar meyarları təşkil edir. Standartlar həkimlərin etik  və peşə dilemmaları ilə qarşılaşdıqda və ya oftalmoloqların  peşə məsələləri ilə bağlı davranışlarını təhlil edən zaman hər bir şəxsin istinad edə biləcəyi ətraflı göstərişlər məcmusu kimi nəzərdə tutulur. Ümumi prinsiplər dəyişdirilməmək şərti ilə standartlar lazım gəldikdə əlavə edilə bilər.

Kod qanun deyil, yalnız  tövsiyyə xarakteri daşıyır.

Yüklə