İnkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlara “Helmeriç Fellowship” proqramı.
Dr. Bradley Straatsma və Beynəlxalq Oftalmologiya Şurası Fondu inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlar üçün “Helmeriç Fellowship” proqramının yaradıldığını elan etdi. Proqram Tor qişa Tədqiqat Fondu (Retina Research Foundation) tərəfindən maliyyələşdiriləcək.
Proqramın yaradılmasında məqsəd inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlara tor qişa xəstəlikləri üzrə ixtisaslarının artırılmasına yardım etməkdən ibarətdir. Proqramda iştirak etmiş oftalmoloqlar əldə etdikləri müasir bilik və bacarıqları ölkələrinə qayıdaraq məsləkdaşları ilə paylaşmalı və təbii ki, xəstələrin müalicəsinə tətbiq etməlidirlər. Hər il 12 aylıq müddətə iki oftalmoloq proqramda iştirak etmək şansı əldə edəcək. Seçilmiş oftalmoloqlara bir illik maaş və aviabiletə sərf etdiyi məbləğ ödəniləcək. Bundan əlavə oftalmoloqu qəbul edən və onun tədrisi ilə məşğul olan mərkəzin də ödənişi həyata keçiriləcək.
Əgər “Helmeriç Fellowship” proqramında iştirak etmək istəyirsinizsə, proqramın tələbləri və qaydaları ilə tanış olmaq üçün faylı yükləyə bilərsiniz.
Proqramda iştirak etmək üçün ərizəni və digər sənədlərinizi Beynəlxalq Oftalmologiya Şurasının “Helmeriç Fellowship” Komitəsinə e-mail vasitəsi ilə helmerich@icoph.org ünvanına hər ilin sentyabr ayının 30-na qədər göndərməlisiniz.
Ətraflı məlumat üçün linkə daxil olun.