Diaqnoz qoy: görməsini və eşitməsini itirmiş 39 yaşlı qadın
Retina/Vitreus
39 yaşlı qadın sağ gözünün görməsinin kəskin və ağrısız azaldığını qeyd edir. O, həmçinin eşitməsinin ikitərəfli azalması, baş ağrıları və huşunun qarışması barədə məlumat verir. Göz dibinin görüntüsü retinal arteriyanın şaxəsinin tıxanmasına uyğun olaraq retinanın aşağı nahiyyəsinin solğunlaşmasını nümayiş etdirir. Heç bir çöküntü görünmür. Flüoressein angioqrafiyası hər iki gözdə çoxsaylı arteriolların boyanmasını göstərir. Ən çox ehtimal olunan diaqnoz hansıdır?