Diaqnoz qoy: 8 ay davam edən sol optik disk ödeminin qiymətləndirilməsi üçün göndərilmiş xəstə

Neyro-oftalmologiya

61 yaşlı qadın 8 aydır davam edən sol optik diskin ödeminin qiymətləndirilməsi üçün göndərilib. Onun görmə itiliyi sağ gözdə 1.0 (v), solda 0.7 təşkil edir. Disxromatopsiya yoxdur. Solda afferent bəbək qüsurunun izi var. Görmə sahəsinin müayinəsi sağ gözdə normaldır, solda isə kor ləkənin cüzi genişlənməsini göstərir. Sol tərəfli yüngül ekzoftalm var. Gözün hərəkətliliyi normaldır. Sağ göz dibi normaldır. Solda optik disk ödemli və hiperemikdi, makulada isə strialar var. Ən çox ehtimal olunan diaqnoz hansıdır?