Diaqnoz qoy: Hər iki gözün tor qişasının periferiyasında müşahidə olunan dəyişikliklər
Retina/Vitreus
![](https://admounion.org.az/wp-content/uploads/2022/11/degeneration.jpg)
Heç bir şikayəti olmayan 22 yaşlı qadının hər iki gözündə periferik retinal dəyişikliklər olduğu aşkar edilmişdir. Onun hər iki gözündə yüngül dərəcəli miopiya (sph -1,25 ) qeyd edilir, həmçinin ailə anamnezində göz problemi yoxdur. Fotoda sağ göz dibinin təsviridir. Ən uyğun müalicə hansıdır?