Diaqnoz qoy: Təcili yardıma müraciət etmiş kəskin görmə itkisindən əziyyət çəkən xəstə

Ümumi oftalmologiya

42 yaşlı kişi son bir ay ərzində kəskin görmə itkisi ilə əlaqədar təcili yardıma müraciət edib. Onun son bir ildə çox zəif nəzarətdə olan diabet xəstəsi olduğu qeyd edilir. Yarıqlı lampa müayinəsində onun OU- ön kamera bucaqlarının əhəmiyyətli dərəcədə daraldığını, OU- ön kamerasının dayazlaşdığını və obyektiv olaraq billurun tam qeyri-şəffaflığı qeyd edilir. OU- GDT azacıq dərəcədə yüksəlmişdir. Ultrasəs müayinəyə göndərilib (şəkil). Bu klinik təsvirin əsas etiologiyası sizcə nədir?