Diaqnoz qoy: Melanoması və kəskin panuveiti olan qadın
Uveitlər
Metastaz verən dəri melanoması olan 65 yaşlı qadın ikitərəfli kəskin panuveitə görə müraciət edib. Xəstə bu yaxınlarda melanomasına görə yeni dərmana başlayıb. Kliniki müayinədə onun hər iki gözündə 2+ ön kamera hüceyrəsi, hər iki gözdə 1+ ön şüşəvari cisim hüceyrəsi var. Heç bir gözdə şüşəvari çismin bulanması yoxdur. Fundoskopik müayinədə hər iki gözdə disk hiperemiyası və foveal refleksin azalması görünür. Optik koherens tomoqrafiya hər iki gözdə subretinal maye aşkar edir və B-scan ultrasəs müayinə hər iki gözdə xorioideyanın diffuz qalınlaşmasını göstərir, lakin sklerada qalınlaşma yoxdur (arxa sklerit). Xəstədəki əlamətlər ən çox hansı dərmanla əlaqələndirilə bilər?