Diaqnoz qoy: Penetrasiya edici keratoplastika zamanı müşahidə olunan fəsad
Refraktiv cərrahiyyə
Sağ gözdə lazer in situ keratomilez (LASIK) sonrası buynuz qişasının ektaziyası olan 34 yaşlı kişi kontakt linza mütəxəssisi tərəfindən keratoplastikanın qiymətləndirilməsi üçün göndərilib. Skleral kontakt linza ilə ən yaxşı korreksiya olunmuş görmə 0.4-dür. Müayinə zamanı mərkəzi çapıq qeyd edilir və LASIK qapağı yaxşı görünmür. Endotel hüceyrə sıxlığı az oduğuna görə dərin ön lamellar keratoplastika yerinə penetrasiya edici keratoplastika ilə davam etmək qərarı verilir. Bu halda penetrasiya edici keratoplastika zamanı baş verə bilən hansı unikal intraoperativ fəsad nəzərə alınmalıdır?