Diaqnoz qoy: Bulanıq görmə və qıcıqlanma şikayəti olan kontakt linza istifadəçisi
Buynuz qişa/ön seqment xəst.

37 yaşlı qadının şikayəti hər iki gözündə bulanıq görmə və qıcıqlanmadandır. O, son 20 il müddətində 2 həftədən bir dəyişdirilən birdəfəlik yumşaq kontakt linzalardan istifadə edib. Linzalarla yatdığını inkar edir. Qadın kontakt linzalarını taxdıqda görmə qabiliyyətinin daha yaxşı olduğunu bildirir. Onun ən yaxşı korreksiya ilə görmə itiliyi kontakt linzalarla 0,8, eynəklə isə 0.4 təşkil edir. Sol gözünün flüoressein boyalı və boyasız yarıqlı lampa fotoşəkilləri göstərilir. Sağ gözü də eyni vəziyyətdədir. Ən uyğun ilkin müalicə hansıdır?