Diaqnoz qoy: 55 yaşlı qadında sağ üst göz qapağının ptozunun bərpası
Okuloplastika/Orbita
55 yaşlı qadın sağ üst göz qapağının ptozunun bərpası üçün müraciət edib. Qapaq sallanması 2,5 aydır başlayıb və yalnız sağ gözdə müşahidə olunur. Ona ilkin tibbi yardım göstərən həkim başın MRT-nə göndəriş verib və nəzərəçarpan dəyişiklik görünməyib. Qadına 4 il əvvəl süd vəzi xərçəngi diaqnozu qoyulub, cərrahiyyə, kimyəvi və şüa terapiya müalicəsi həyata keçirilib, residiv verməyib. Müayinə zamanı sağ gözdə 2mm ptoz, levatorun sallanmasını göstərən dərin şırım qeyd olunur. Xarici oftalmoplegiya yoxdur. Buz testi mənfidir, anizokoriyası var, sağ göz bəbəyinin diametri soldan 1 mm kiçikdir. Daha nə tövsiyə edərdiniz?