Diaqnoz qoy: İki il ərzində ikitərəfli periorbital rəng dəyişikliyi və ödemdən əziyyət çəkən xəstə

Okulyar patologiya/Onkologiya

44 yaşlı qadında 2 ildir ikitərəfli periorbital rəng dəyişikliyi və ödemlə yanaşı ağrı da artır. Müayinə zamanı laqoftalma səbəb olan sarımtıl narıncı, möhkəm periokulyar düyünlər qeyd edilir. Sağ gicgah və sağ bazu nahiyəsində də oxşar dəyişikliklər var. Maqnit rezonans tomoqrafiya (MRT) orbitada heç bir törəmə, və ya kütlə aşkar edilmədiyini göstərdi. Göz qapağının biopsiyasında kollagen degenerasiyası sahələrini əhatə edən çoxlu Touton kimi çoxnüvəli nəhəng hüceyrəli və yad cisim tipli dermal histiositik infiltratlar görünür. Növbəti addım nədir?