Diaqnoz qoy: Uzaq bir ölkənin kəndində müəyyən müddət qaldıqdan sonra yaranmış görmə itkisi
Uveitlər

Taylandın uzaq bir kəndindən təzəcə qayıdan xəstə sağ gözündə görmənin zəifləməsindən şikayət edir. Kənddə yaşadığı müddətdə onu, çoxlu ağcaqanad sancıb, sinəsində çoxlu petexial səpgilər, qızdırma və mialgiya müşahidə edilir. Ən yaxşı korreksiya ilə görmə itiliyi sağ gözdə 0.1, sol gözdə isə 0.8-dir. Gözdaxili təzyiq 12 mm c. sütunudur və nisbi afferent bəbək qüsuru yoxdur. Müayinə zamanı hər iki gözdə petexial subkonyunktival qansızmalar aşkar edilir. Hər iki gözdə ön kamerada hüceyrələr, və ya qıcıqlanma yoxdur, həmçinin gen bəbəkdə göz dibi müayinəsində nəzərəçarpan dəyişiklik qeyd edilmir. Bu xəstənin sağ gözündə görmənin azalmasının səbəbini təsdiqləmək üçün ən çox lazım olan müayinə hansıdır?