Academy Express – 19.02.2022
JURNALLARDAN MƏQALƏLƏR
Göz daxili təzyiqin salınmasında trabekuloektamiya əməliyyati MicroShunt əməliyyatını geridə qoyur.
Prospektiv, çoxmillətli tədqiqatda yüngül dərəcədən agır dərəcəyə kimi birincili acıq bucaqlı qlaukoması olan 40-85 yaş aralığında olan 527 xəstə MicroShunt ab-externo implantasiyası ve ya trabekuloektamiya üçün randomizə olunmuşdur. İlkin uc nəticə kimi, orta sutkalıq gözdaxili təzyiqin son bir ilə kimi olan ilkin təzyiqdən ≥20% azalması olub. MicroShunt qrupundan 54% xəstə, trabekuloektamiya qrupundan isə 73% xəstə bu hədəfə catmışdır. Hər iki qrupda bir il ərzində gözdaxili təzyiqin və qlaukoma əleyhinə istifadə olunan dərmanların sayında azalma müşahidə edilərkən, gözdaxili təzyiqin orta göstəricisi minimal dərman sayı ilə trabekuloektamiya qrupunda aşağı olub. Ophthalmology, December 2021
2021 Kinaza inhibitorlarının səbəb olduğu retinopatiyadan dolayı görmə itiliyinin azalması görünür geridönəndir.
Vahid mərkəzli retrospektiv araşdırmada tətqiqatçılar metastatik xərcəngdən dolayı ekstraselyular signal-requlya olunan kinaza (ERK) inhibitorlarını qəbul edən 61 xəstədə torlu qişanın seroz dəyişikliklərini araşdırıb. OKT ilə 20 xəstənin hər iki gözündə (40 göz) retinopatiya təsdiqlənmişdi. 20 xəstənin hamısında bilateral subretinal maye ocaqlarına rast gəlinmişdir. 95% hallarda minimum bir ocaq foveada olmaqla, 75% gözlərdə coxsaylı seroz ocaqlar aşkar olunmuşdu. Xoroidal qalınlıq nəzərə carpacaq dərəcədə dəyişilməmişdir.Görmə itiliyi azalmış 58% gözlərdə hec bir mudaxilə olmadan görmə bərpa olunmuşdur. Ophthalmology Retina, December 2021
Digər hipotenziv preparatlarla yanaşı istifadə olunan Netarsudil gözdaxili təzyiqə orta təsir edir.
Birləşmiş Ştatlarda aparılmış retrospektiv araşdırmada, acıq bucaqlı qlaukoma və ya okulyar hipertenziya diaqnozu qoyulmuş 139 xəstənin gündəlik yerli hipotenziv preparatlarla rejiminə sutkada bir dəfə olmaqla əlavə olunan 0,02% Netarsudilin effekti öyrənilmişdir. Netarsudil təyin olunmasından orta hesabla 100 gün sonra gözdaxili təztiqin orta göstəricisi 17,1 dən 15,0 mm c.sütununa qədər enmişdir, bu az lakin əhəmiyyətli dərəcədə azalmadır. Preparatın əlavə təsirləri ilə əlaqədar olaraq 27% xəstədə Netarsudilin istifadəsi dayandırılmışdır. Ən cox rast gəlinən əlavə təsir konyunktival hiperemiya olmuşdur. Ophthalmology Glaucoma, November/December 2021
Xərclərə nəzarət üzrə qanunvericiliyin olmasına baxmayaraq qiymətlərdə hələ də şəffaflıq yoxdur.
Tədqiqatçılar qiymətlərin şəffaflığın araşdırarkən, bütün ölkə üzrə 191 xəstəxanada iki növ katarakta əməliyyatı üzrə (CPT kodlar 66984 and 66821) dərc olunan qiymətləri öyrəniblər. Araşdırma, hətta coğrafi rayonlar üzrə aparılan standartlaşmadan sonra qymətlərin nəzərə çarpacaq qədər dəyişkən olmasını üzə çıxarmışdı. Xəstəxanaların yalnız 53%-i 66984 üzrə, 37%-i isə 66821 üzrə nəgd ödəniş qiymətlərini təqdim ediblər. Nəticələr xəstəxanaları qiymətlər haqqında dəqiq və tam məlumat təqdim olunmasında səylərini artırmağa çağırış edir və sığortasız xəstələrin bütünlükdə əsaslanmış qərarlar verməsinə kömək etmək üçün əlavə qanunların qəbul edilməsində zərurətin olmasına işarə edir. JAMA Ophthalmology, November 2021
İltihab əleyhinə hədəflənmiş dərman çatdırma sistemləri göz damcılarını əvəz edə bilər.
Hal-hazırda ön seqmentin iltihabi prosseslərinin müalicəsi üçün istifadə olunan ən geniş yayılmış dərman çatdırılma sistemi (DÇS) məsələn – steroidlər, yerli istifadə üçün olan göz damcılarıdır. Son icmalda nano-hissəciklər, okulyar iontoforezlər və mukoadqezivlər (sintetik polimerlər) daxil olmaqla az əvvəl FDA tərəfindən təsdiqlənmiş və ya son klinik sınaq mərhələsində olan digər DÇS-i qiymətləndirilib. Bu DÇS-i göz damcıları ilə müqayisədə potensial olaraq daha az invazivdir, həmçinin steroidləri və digər preparatları ətraf toxumalara deyil hədəflənmiş şəkildə ancaq iltihab ocağına çatdıra bilir. JAMA Ophthalmology, November 2021
Tərcümə etdi: Dr. Fatma Məmmədova
e-mail: fatmamammadova@mail.ru
JOURNAL STUDIES
MicroShunt is inferior to trabeculectomy in reducing IOP
In a prospective, multinational study, 527 patients aged 40 to 85 years with mild-to-severe primary open-angle glaucoma were randomized to receive either MicroShunt ab-externo implantation or trabeculectomy. The primary endpoint was a ≥20% reduction in mean diurnal IOP from baseline to year 1; 54% of patients in the MicroShunt group and 73% of patients in the trabeculectomy group achieved that goal. Both groups showed reductions in IOP and glaucoma medications over 1 year, while the trabeculectomy group had a lower mean IOP on fewer medications. Ophthalmology, December 2021
Visual acuity decline due to retinopathy caused by kinase inhibitors appears reversible
Investigators examined serous retinal disturbances in 61 patients taking extracellular signal-regulated kinase (ERK) inhibitors for metastatic cancer, in this single-center retrospective study. OCT confirmed retinopathy in 40 eyes of 20 patients. Fluid foci of subretinal fluid occurred bilaterally in all 20 patients. Multiple foci of fluid were found in 75% of eyes with at least 1 focus involving the fovea in 95%. Choroidal thickness did not appreciably change. In the 58% of eyes with decreased visual acuity, all recovered vision to baseline without intervention. Ophthalmology Retina, December 2021
Adding netarsudil to other ocular hypotensive medications has a modest effect on IOP
A retrospective study conducted in the United States evaluated the effects of adding once-daily netarsudil 0.02% to an ongoing topical ocular hypotensive medication regimen in 139 patients diagnosed with open-angle glaucoma or ocular hypertension. After a median time of 100 days following the addition of netarsudil, mean intraocular IOP declined from 17.1 to 15.0 mm Hg, a modest but significant reduction. However, netarsudil was discontinued in 27% of patients due to adverse effects; the most common adverse effect was conjunctival hyperemia. Ophthalmology Glaucoma, November/December 2021
Price transparency still lacking despite legislation to control costs
Examining the state of price transparency, researchers looked at prices for 2 types of cataract surgeries (CPT codes 66984 and 66821) as posted by 191 hospitals nationwide. Analysis revealed considerable price variabilities, even after normalizing for geographic area. Only 53% of the hospitals provided cash prices for 66984 and 37% for 66821. The results call for hospitals to improve efforts in providing clear and comprehensive pricing information and indicate the need for more legislation to help uninsured patients make fully informed decisions. JAMA Ophthalmology, November 2021
Targeted drug delivery systems for inflammation medications may replace eyedrops
Currently, the most common drug delivery system (DDS) for anterior segment ocular inflammation medications, such as steroids, is topical eyedrops. A recent review assessed other DDSs that have been recently approved by the FDA or are in late-stage clinical development, including nanoparticles, ocular iontophoresis, and mucoadhesives (synthetic polymers). These DDSs are potentially less invasive than topical eyedrops and may also be able to deliver steroids and other medications in a more targeted fashion, applying the drug to only the inflamed tissues and not the surrounding areas. British Journal of Ophthalmology, December 2021