Academy Express – 26.02.2022

JURNALLARDAN MƏQALƏLƏR

Mitomisin C-nin süngər aplikasiyası ilə  sub-Tenon inyeksiyasının  təhlükəsizliyieffektivliyinin qarşılıqlı müqayisəsi.

Yunanıstandakı mərkəzlərdən birində 56 göz üzərində aparılmış randomizə klinik tədqiqatda birincili, açıq bucaqlı qlaukoma zamanı icra olunan trabekuloektomiya əməliyyatında Mitomisin C-nin (MMC) sub-Tenon inyeksiyası ilə MMC-nin süngər aplikasiyasının effektivliyi müqayisə edilmişdir. 12 aylıq müşahidə zamanı gözdaxili təzyiqin (GDT) orta göstəricisi inyeksiya qrupunda ilkin göstəricidən 54,5%, süngər aplikasiyası qrupunda isə 57,3% azalmışdı. Qruplar arasında 1 il ərzində GDT-də nəzərə çarpacaq fərq müşahidə olunmamış və MMC-nin inyeksiyası icra olunan gözlərin 81,5%-də, süngər aplikasiyası olunan gözlərin isə 82,8%-də cərrahi müvəffəqiyyət əldə edilmişdir. Həmçinin yan təsirlərin nisbəti də eyni olmuşdur. Ophthalmology Glaucoma, January-February 2022

Yeni rəqəmsal alqoritm ellipsoid zona (EZ) itkisini aşkar etmək potensialına malikdir.

Milli Sağlamlıq İnstitutunun (MSİ) tədqiqatçıları dərin öyrənməyə əsaslanan alqoritmin, spektral OKT görüntülərində elipsoid zonanın zədələnməsini aşkar edə biləcəyini müəyyən etmək üçün 5 ildən cox hidroksixlorokin qəbul edən 85 xəstə üzərində prospektiv qrup araşdırması aparıblar. Maska zona əsaslı ultradəqiq neyron şəbəkəsi (M-ZUNŞ) OKT B-skanları üzərindən icra olunmuş və EZ itkisinin en-face xəritəsini tərtib etmək üçün qat-qat alınan skanlardakı dəyişikliklər birləşdirilmişdir. Bu M-ZUNŞ fərdi B-skanlarda EZ itkisi bölgələrini uğurla müəyyən etmişdi. Avtomatik alqoritm uzun müddətli hidroksixlorokin istifadəsi səbəbindən potensial retinal dəyişiklikləri göstərən xəstələri müəyyən etməyə kömək edə bilər və EZ itkisinin struktur xüsusiyyətlərini bölüşən xarici retinanın digər xəstəlikləri üçün tətbiq oluna bilər. Ophthalmology Science, December 2021

Xorioretinal zədələnmələr infeksiyaya görə hospitalizə olunan inyeksion narkotik maddə istifadəçiləri arasında geniş yayılıb.

Qan dövranı infeksiyası və/və ya bununla bağlı metastatik infeksiya ocaqları ilə əlaqədar qəbul edilmiş 96 nəfər inyeksion narkotik maddə istifadəçisinin hospitalizasiyası zamanı aparılan göz müayinəsi xorioretinal zədələnmələrin 16,7% yayılmasını göstərmişdir. 2 illik prospektiv tədqiqatda göz problemi olan 16 xəstə müəyyən edilmişdir. Onlardan endoftalmitli 5 xəstə daxil olmaqla, yalnız 7-si simptomatik idi. Göz müayinələri heç bir asimptomatik xəstədə klinik və ya oftalmoloji müalicənin dəyişməsina səbəb olmamışdı. Tədqiqatçılar belə nəticəyə gəlirlər ki, bu xəstə populyasiyasında sistemli antibiotiklərin vahid istifadəsini nəzərə alaraq, qan dövranı infeksiyası ilə xəstəxanaya yerləşdirilən asimptomatik xəstələr üçün skrininq göz müayinələri tövsiyə edilmir. Ophthalmology Retina, December 2021

Qadınlarda və ya qaradərili şəxslərdə katarakta əməliyyatından sonra persistent üveitin yaranma ehtimalı daha yüksəkdir.

Tibbi kartlara retrospektiv baxış zamanı uveit diaqnozu ilə müalicə olunan 381 xəstədə katarakta əməliyyatından sonrakı idiopatik persistent iritin (KƏSİPİ) göstəriciləri qiymətləndirilmişdir. Bu xəstələrin 45-i KƏSİPİ meyarlarına cavab verirdi (gözdaxili əməliyyatdan sonra 6 ay və daha artıq müddətdə persistent uveit); bu qrupun 77,3%-i qadınlar, 86,7%-i isə qaradərililər idi. İritin residivləşməsinin qarşısını almaq məqsədi ilə tədqiqatcılar KƏSİPİ-i 2 ay ərzində, tədricən azaltmaqla topikal steroidlə müalicə etməyi tövsiyyə edirlər. Əgər bu effektiv deyilsə, əlavə sistem terapiya lazım ola bilər. Tədqiqatçılar birinci sıra sistem terapiya kimi meloksikamı, sonra isə əgər gözdaxili iltihab hələ də nəzarət altina alınmazsa metotreksantı tövsiyyə edirlər. American Journal of Ophthalmology, February 2022

Pediatrik diabetik retinopatiya II tip şəkərli diabetdə daha tez-tez müşahidə olunur.

Minnesota ştatının Olmsted dairəsində 1970-2019-cu illər arasında şəkərli diabet diaqnozu qoyulmuş yaşı  ≤22 olan 525 xəstənin tibbi qeydləri diabetlə əlaqəli göz fəsadlarının (DƏGF) inkişafının uzunmüddatli riski baxımından təhlil edilmişdir. DƏGF göstəricisi I tip diabeti (T1D) olan uşaqlarda 31,7% və II tip diabeti (T2D) olan uşaqlarda isə 26,6% idi. Lakin T2D olanlarda daha qısa müddətdə və daha yüksək nisbətdə (88% daha yüksək risk) retinopatiya inkişaf etmişdir. Buna görə də klinisistlər T2D olan pediatrik xəstələr üçün mütəmadi oftalmoskopik müayyinələrin təyin olunmasını istəyə bilərlər. JAMA Ophthalmology, January 2022

Tərcümə etdi: Dr. Fatma Məmmədova

e-mail: fatmamammadova@mail.ru

 

JOURNAL STUDIES

Sponge application and sub-Tenon injection of mitomycin C are comparably safe and effective
A randomized clinical trial conducted within 56 eyes at a single center in Greece compared the efficacy of a sub-Tenon injection of mitomycin C (MMC) vs. a sponge application of MMC during trabeculectomy for primary open-angle glaucoma. At the 12-month follow-up, mean IOP was reduced from baseline by 54.5% in the injection group and 57.3% in the sponge group. No significant differences in IOP were seen during 1 year between the groups, and surgical success was achieved in 81.5% of eyes given MMC by injection and 82.8% of eyes given MMC by sponge. Adverse event rates also were similar. Ophthalmology Glaucoma, January-February 2022

A new digital algorithm has potential for detecting ellipsoid zone loss
Investigators at the NIH conducted a prospective cohort study of 85 patients who had used hydroxychloroquine for more than 5 years to determine whether a deep learning–based algorithm can detect ellipsoid zone (EZ) loss on spectral-domain OCT imaging. A mask region-based convolutional neural network (M-RCNN) was trained on OCT B-scans, and the scan-by-scan detections were combined to produce an en face map of EZ loss. This M-RCNN successfully identified regions of EZ loss in individual B-scans. An automatic algorithm could help to identify patients who show potential retinal changes due to long-term hydroxychloroquine use, and could be implemented for other diseases of the outer retina that share structural features of EZ loss. Ophthalmology Science, December 2021

Chorioretinal lesions are prevalent among injection drug users admitted for infections
Eye exams performed during 96 hospitalizations of injection drug users admitted for bloodstream infection and/or related metastatic foci of infection showed a 16.7% prevalence of chorioretinal lesions. The 2-year prospective study identified 16 patients with ocular involvement. Of those, only 7 were symptomatic, which included all 5 patients with endophthalmitis. Eye exams did not lead to a change in clinical or ophthalmologic treatment in any asymptomatic patients. The authors conclude that given the uniform use of systemic antibiotics in this patient population, screening eye exams are not recommended for asymptomatic patients hospitalized with bloodstream infection. Ophthalmology Retina, December 2021

Patients with persistent uveitis after cataract surgery are more likely to be female or Black
A retrospective chart review assessed the rates of idiopathic persistent iritis after cataract surgery (IPICS) in 381 patients treated for uveitis. Forty-five of these patients met the criteria for IPICS (persistent uveitis for >6 months following intraocular surgery); of this group, 77.3% were female and 86.7% were Black. To avoid rebound iritis, the authors recommend treating IPICS with a slow topical steroid taper over 2 months. If this is not effective, then adjuvant systemic therapy may be necessary. The authors recommend meloxicam as a first line systemic therapy, followed by methotrexate if intraocular inflammation is still not controlled. American Journal of Ophthalmology, February 2022

Pediatric diabetic retinopathy occurs more frequently in type 2 diabetes
Medical records from 525 patients aged ≤22 years in Olmsted County, Minnesota, who were diagnosed with diabetes between 1970 and 2019 were analyzed for long-term risk of developing diabetes-associated ocular complications (DAOC). The rate of DAOC was 31.7% in children with type 1 diabetes (T1D) and 26.6% in children with type 2 diabetes (T2D); however, those with T2D developed retinopathy after a shorter diabetes duration and at a higher rate (88% higher risk). Therefore, clinicians may want to schedule more frequent ophthalmoscopic examinations in their pediatric patients with T2D. JAMA Ophthalmology, January 2022