Academy Express – 04.03.2022

JURNALLARDAN MƏQALƏLƏR

Qlaukoma əleyhinə damcıların düzgün istifadəsi tibbi maariflənmənin səviyyəsi ilə düz mütənasibdir

Yaşlıların Tibbi Maariflənməsinin Sürətli Qiymətləndirilməsi (YTMSQ) sorğusu vasitəsilə dəyərləndirilən tibbi maariflənmənin səviyyəsi və glaukoma əleyhinə damcıların uğurlu istifadəsi arasında əlaqənin müəyyənləşdirilməsi üçün tədqiqatcılar açıq bucaqlı qlaukoması olan 179 xəstəni tədqiqata cəlb etmişdilər. Daha yüksək YTMSQ balları olan (ən azı orta məktəb səviyyəsində) xəstələrin 91%-i, nisbətən aşağı YTMSQ balları olan xəstələrin 75%-i ilə müqayisədə göz damcılarından daha düzgün istifadə etdikləri müəyyənləşdirildi. Müəlliflərin qənaətinə əsasən qlaukoma əleyhinə damcıların istifadəsindəki qeyri düzgün riayət etmə tibbi maariflənmənin aşağı səviyyədə olması ilə bağlı ola bilər. Buna görə də tibbi maariflənmənin qiymətləndirilməsi üzrə skrininqlərin keçirilməsi və damcıların istifadəsinə düzgün riayət etməni artırmaq məqsədi ilə əhalinin qeyd edilən problemlə bağlı məlumatlandırılması tövsiyyə edilir. Ophthalmology Glaucoma, January-February 2022

Zəruri olan kəsikli qlaukoma əməliyyatı üçün irq mühüm risk faktorudur.

Tədqiqatçılar qlaukomanın yüngül forması ehtimal olunan xəstələrdə cərrahi yükü qiymətləndirmək üçün “Medicare” məlumat bazasının göstəricilərini nəzərdən keçiriblər. Lazer trabekuloplastikası icra olunan gözlər, xəstəliyin ağırlıq dərəcəsi və demoqrafik dəyişikliklər nəzərə alınmaqla, lazer trabekuloplastikası icra olunmayan  insanların gözləri ilə (hər qrupda 2435 göz) müqayisə edilmişdir. Trabekuloplastika və qeyri-trabekuloplastika qrupları arasında kəsikli qlaukoma əməliyyatı zəruriyyətində statistik əhəmiyyətli fərq olmasa da, qaradərili xəstələrdə ağdərili xəstələrə nisbətən kəsikli qlaukoma əməliyyatı keçirmə və proqressivləşmə riski daha yüksək idi. Ophthalmology Glaucoma, January-February 2022

ETQ-in göstəriciləri böyük ehtimalla növbəti baxış üçün nəzarətdə qalmayacaq qlaukoma xəstələrini müəyyən edə bilər.

Bu retrospektiv, müqayisəli hallar seriyası əsasında tədqiqatçılar Elektron Tibbi Qeydlər (ETQ) hesabat proqramı vasitəsi ilə öz glaukoma xəstələrində “Növbəti Baxış üçün Nəzarətdə Qalmama” (NBNQ) göstəricilərini azaltmaq üçün keyfiyyətin yaxşılaşdırılması təşəbbüsünü hazırladılar. ETQ proqramı tərəfindən təqdim edilən məlumatlara əsasən daxil edilmiş 3551 qlaukoma xəstəsinin 11%-i növbəti baxış üçün nəzarətdə qalmayıb və cox güman ki, NBNQ-nı proqnozlaşdıran amil isə il ərzində ləğv edilmiş və ya buraxılmış görüşlərin sayı olub. Bununla belə, anamnezində açıq bucaqlı qlaukoma (ABQ), xüsusən də birincili ABQ olan xəstələrdə aşağı NBNQ dərəcəsi müşahidə edilmişdir. Ophthalmology Science, December 2021

Yeni FDG IOL əksər xəstələrdə hər hansı qeydə alınan optik fenomen olmadan görmə itiliyin artırır.

AcrySof İQ Vivity-yeni qeyri-difraktiv, “wave front shaped”, tək hissəli, fokus dərinliyi genişləndirilmış (FDG) İOL-dır. Almaniyada 16 xəstəni (32 göz) əhatə edən prospektiv, müqayisəli olmayan tədqiqatda bu linzanın bilateral implantasiyasından sonrakı 1 və 3 aylıq nəticələr qiymətləndirilmişdi. 3 aydan sonra bütün gözlərdə monokulyar və binokulyar korreksiya edilməmişm və  uzaq məsafə üçün maksimal korreksiya edilmiş görmə itiliyi yüksəlmişdir. Xəstələrin 63%-i heç bir qavranılan optik fenomen qeyd etməmişdir. Xəstələrin 88%-i FDG İOL-nı yenidən implantasiya edəcəklərini və bunu başqalarına tövsiyə edəcəklərini söyləmişdilər. Journal of Cataract & Refractive Surgery, February 2022

Makulanın incəlməsi prediabet və diabetlə əlaqəlidir.

Populasiya əsaslı Şimali Finlandiya Nəsil Qrupunun (ŞFNQ) Göz Tədqiqatının alt tədqiqat qrupu prediabet və ya diabeti olan 367 iştirakçıda makula və qanqlion hüceyrə təbəqəsinin (QHT) qalınlığını normal qlükoza metabolizmi (NQM) olan 1005 iştirakçı ilə müqayisə etdi. NQM qrupu ilə müqayisədə, prediabet/diabet qrupunda olan iştirakçıların makula qalınlığının bütün sektorlarda əhəmiyyətli dərəcədə azalması qeyd edildi. Nəzərə çarpacaq incəlmələr perisentral sahədə müşahidə edildi. Prediabet/diabeti olanlarda həmçinin QHT qalınlığı əhəmiyyətli dərəcədə azalmışdır. Ancaq bu azalmalar NQM qrupu ilə müqayisədə nəzərə çarpan deyildi. British Journal of Ophthalmology, December 2021

 

Tərcümə etdi: Dr. Fatma Məmmədova

e-mail: fatmamammadova@mail.ru

 

JOURNAL STUDIES

Greater health literacy is linked to better self-administration of glaucoma drops
Investigators enrolled 179 patients with open-angle glaucoma in a study to determine the relationship between health literacy, as assessed with the Rapid Estimate of Adult Literacy in Medicine (REALM) questionnaire, and success in administering glaucoma drops. Ninety-one percent of patients with higher REALM scores (at least high school level), successfully instilled the drop in an eye, compared with 75% success rates among those with lower REALM scores. The authors conclude that low adherence to glaucoma medication could be tied to poor health literacy and recommend screening for health literacy and the use of educational programs to improve adherence. Ophthalmology Glaucoma, January-February 2022

Race is a significant risk factor in the need for incisional glaucoma surgery
To evaluate risk factors for glaucoma surgical burden in patients with presumed mild disease, investigators reviewed data from a Medicare claims database. Eyes with a history of laser trabeculoplasty were matched to eyes from individuals without a history of trabeculoplasty (2435 unique eyes in each group), controlling for disease severity and demographic variables. While there was no statistically significant difference in the need for incisional glaucoma surgery between the trabeculoplasty and non-trabeculoplasty groups, Black patients were at much higher risk of receiving incisional glaucoma surgery and experiencing progression than White patients. Ophthalmology Glaucoma, January-February 2022

EMR data can identify glaucoma patients more likely to be lost to follow-up
From this retrospective, comparative case series, researchers developed a quality improvement initiative to reduce the loss-to-follow-up (LTFU) rates in their patients with glaucoma-related diagnoses, via an electronic medical record (EMR) reporting program. Data provided by the EMR program showed that 11% of the included 3551 patients with glaucoma were lost to follow-up, and the factor that was most likely to predict LTFU was number of canceled or missed appointments during the year. However, lower LTFU rates were seen in patients with a history of open-angle glaucoma (OAG), especially primary OAG. Ophthalmology Science, December 2021

New EDOF IOL improves visual acuity with no reported optical phenomena in most patients
The AcrySof IQ Vivity is a new nondiffractive, wavefront-shaping, single-piece, extended depth-of-focus (EDOF) IOL. A prospective, noncomparative study enrolling 16 patients (32 eyes) in Germany assessed 1- and 3-month outcomes following bilateral implantation of this lens. At 3 months, all of the eyes had improved monocular and binocular uncorrected (UDVA) and best-corrected (CDVA) distance visual acuities, and 63% of patients reported no perceived optical phenomena. Eighty-eight percent of the patients said they would have this EDOF IOL implanted again and would recommend it to others. Journal of Cataract & Refractive Surgery, February 2022

Prediabetes and diabetes are associated with thinning of the macula
A substudy of the population-based Northern Finland Birth Cohort (NFBC) Eye Study compared macular and ganglion cell layer (GCL) thickness in 367 participants who had prediabetes or diabetes, with 1005 participants with normal glucose metabolism (NGM). Compared with the NGM group, the prediabetes/diabetes group exhibited a significant reduction in all subfields of macular thickness, with the greatest decreases seen in the pericentral area. Those with prediabetes/diabetes also had significantly reduced GCL thickness; however, these reductions were not significant in comparison with the NGM group. British Journal of Ophthalmology, December 2021