Academy Express – 23.04.2022

JURNALLARDAN MƏQALƏLƏR

Orbital radioterapiya tiroid göz xəstəliyinin klinik nəticələrini yaxşılaşdırır

Bu yeni Oftalmoloji Texnologiyanın  Qiymətləndirilməsi Komissiyası diqqətini  tiroid göz xəstəliyinin müalicəsi üçün orbital radioterapiyanın istifadəsinə yönəltmişdir. 2008-ci ildən indiyə qədər Akademiyanın ilkin Qiymətləndirmə Komissiyasının təşkilindən sonra orbital radiasiyanın effektivliyini və təhlükəsizliyini araşdıran çoxsaylı tədqiqat nəticələri dərc edilmişdir. Ən son məlumatlar göstərir ki, kortikosteroidlərlə və ya onların istifadəsi olmadan həyata keçirilən radioterapiya göz almasının hərəkətliliyi və komprensiv optik neyropatiya kimi klinik nəticələri yaxşılaşdırır. O, həmçinin quru göz kimi kiçik yan təsirləri ilə nisbətən təhlükəsiz görünsə də xəstələrin hələ də radiasiya ilə əlaqədar yarana biləcək bədxassəli şişlərə və ya retinopatiyaya görə uzun müddət nəzarətdə qalması tələb olunur. Ophthalmology, April 2022

Bevasizumab anti-VEGF preparatları arasında optimal xərc-risk uzlaşmasına malikdir

Tədqiqatçılar təqribən 100.000  xəstədə 2 il ərzində neovaskulyar YBMD üçün anti-VEGF müalicəsinin xərc-risk nisbətini qiymətləndirdilər. Onlar BŞ-a əsaslanan modeldən istifadə edərək və inyeksiya protokollarına əsaslanaraq, bu müddət ərzində  hər bir xəstə üçün orta hesabla xərcin 16.859 dollardan 53.056 dollara qədər dəyişəcəyini müəyyən etdilər.
Bevasizumab ən ucuz, ranibizumab isə ən bahalı seçim idi və bu preparatların hər hansı birinin istifadəsi ən az sayda monokulyar korluq halları ilə bağlı idi. Tədqiqatçılar bevasizumaba cavab verməyən xəstələrə həkim risk etmək istəmirsə ranibizumab və ya aflibersepti, lakin əgər risk ehtimalı sıfıra bərabərdirsə brolisizumabı tövsiyə edir.
Ophthalmology Retina, March 2022

Özünüqiymətləndirmə vasitələri qlaukoma dərmanlarının istifadə rejiminin qeyri-müntəzəmliyini dəqiq göstərir

Qlaukoma əleyhinə olan dərmanların müntəzəm istifadəsi daimi problem olduğundan, tədqiqatçılar  qeyri-müntəzəm istifadə ilə bağlı məlumat verən 95 qlaukoma xəstəsindən xahiş etmişdirlər ki, onlar da 3 ay ərzində 3 fərqli müntəzəmlilik göstəricisinin təyini üçün özünüqiymətləndirmə vasitələrindən istifadə etsinlər. Onlar nəticələri  resept üzrə alınan dərmanların  məlumatları və AdhereTech elektron monitorinqi vasitəsilə alınan məlumatlar ilə müqayisə etdilər. Özünüqiymətləndirmə vasitələrindən pasiyentdən son bir ay ərzində damcıların neçə faizini düzgün qəbul etdiklərini soruşan tək suallı qiymətləndirilməsi elektron monitorinq aləti ilə ən yüksək dəqiqlik korrelyasiyasına malikdir. Resept üzrə alınan dərmanlardan müntəzəm istifadə elektron monitorinq ilə əhəmiyyətli dərəcədə korrelyasiya etməmişdir. Ophthalmology Glaucoma, March-April  2022

Buynuz qişanın kroslinkinq əməliyyatı gənc xəstələrdə keratokonusun inkişafını ləngidir.

1 cərrah tərəfindən epi-off kroslinkinq əməliyyatı aparılan 12-22 yaş arası keratokonuslu 49 xəstənin 57 gözü buynuz qişanın stabilliyi ilə baglı tədqiq edilmişdir. 12 aydan sonra  27 gözdə K-max-da azalma, 12 gözdə dəyişiklikliyin olmaması, 12 gözdə isə artım 51 gözdən 39-da sabitlik və ya yaxşılaşma olduğunu göstərir. Ön stromal bulanma 54 gözdə əməliyyatdan sonra ən çox rast gəlinən əlamət olub və 50 gözdə 24 aylıq müşahidə zamanı aradan qalxıb. Proqressivləşmə müşahidə olunan xəstələrin yaşı sabitlik və ya yaxşılaşma müşahidə olunan xəstələrin yaşı ilə eyni idi. Tədqiqatçılar bu nəticəyə gəlirlər ki, bu tədqiqat uşaqlarda və gəncərlərdə buynuz qişanın kroslinkinq əməliyyatının aparılmasını dəstəkləyir. Cornea, April 2022

Qatlana bilən, qüzehli qişaya fiksasiya olunan fakik IOL-larin implantasiyasından sonra aşkar edilən illik vizual və anatomik dəyişikliklər

5 illik müşahidə zamanı Artiflex miopik və ya miopik torik qatlana bilən, qüzehli qişaya fiksasiya olunmuş fakik İOL implantasiya olunmuş xəstələrin refraksiyasında və görmə itiliyində illik dəyişikliklər baş verdi. Ümumi olaraq 277 xəstə (481 göz) əməliyyatdan sonrakı birinci ildə hər  rüb, daha sonra isə hər il olmaqla orta hesabla 51 ay ərzində müşahidə edilmişdir. Bu müddət ərzində xəstələrin logMAR üzrə korreksiya edilmiş və edilməmiş görmə itiliyi əhəmiyyətli dərəcədə artmışdı ki, bu da təhlükəsizlik və effektivlik indekslərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Nəticələr göstərir ki, gözün ön-arxa oxunun uzanması və yaşa bağlı olaraq billurun qalınlığının artmasına rəğmən, qatlana bilən İOL-lar problemin daimi deyil, amma uzunmüddətli müvəqqəti optimal həlli üsuludur. Journal of Cataract and Refractive Surgery, April 2022

Tərcümə etdi: Dr. Fatma Məmmədova

e-mail: fatmamammadova@mail.ru

 

JOURNAL STUDIES
Orbital radiation provides improvements in thyroid eye disease clinical outcomes
This recent Ophthalmic Technology Assessment focuses on the use of orbital radiation to treat thyroid eye disease. Since 2008, when the previous version of this Academy assessment was released, numerous observational studies examining the efficacy and safety of orbital radiation have been published. The latest data suggest that radiation therapy, with or without concomitant corticosteroids, improves clinical outcomes such as motility and compressive optic neuropathy. It also appears to be relatively safe, with generally minor side effects such as dry eye, though patients still require long-term monitoring for signs of radiation-related malignancy or retinopathy. Ophthalmology, April 2022
Bevacizumab has an optimal cost-risk tradeoff among anti-VEGF treatments
Using a US-based model to evaluate the cost-risk tradeoff of anti-VEGF treatments for neovascular AMD during a 2-year period in 100,000 hypothetical patients, investigators determined that mean costs in that time period would range from $16,859 to $53,056 per patient, based on injection protocols. Bevacizumab was the least expensive option and ranibizumab the most expensive, and use of either of these agents was associated with the fewest number of cases of uniocular blindness. For patients who do not respond to bevacizumab, the authors recommend ranibizumab or aflibercept if prescribers are risk averse, but brolicizumab if prescribers are risk neutral. Ophthalmology Retina, March 2022
Self-assessment tools accurately measure glaucoma drug nonadherence
With glaucoma medication adherence an ongoing concern, investigators asked 95 patients with glaucoma who also had self-reported poor adherence to use 3 different self-assessment adherence tools during the course of 3 months. They compared the results to pharmacy refill data and data from the AdhereTech electronic monitoring tool. Of the self-assessment tools, a single-question assessment, which asks the patient what percentage of drops they think they’ve taken correctly over the past month, had the highest accuracy correlation with the electronic monitoring tool. Pharmacy refill adherence was not significantly correlated with electronically monitored medication adherence. Ophthalmology Glaucoma, March-April 2022
Corneal crosslinking slows progression of keratoconus in young patients
Fifty-seven eyes of 49 patients with keratoconus aged 12 to 22 years who underwent epithelium-off corneal crosslinking by 1 surgeon were studied for corneal stability. At 12 months, a decrease in Kmax was observed in 27 eyes, no change in 12 eyes, and an increase in 12 eyes, indicating stability or improvement in 39 of 51 eyes. Anterior stromal haze was the most common postoperative corneal finding in 54 eyes, and it resolved by the 24-month examination in 50 eyes. Patients who demonstrated progression were similar in age to those with stability or improvement. The authors conclude that the study supports the application of corneal crosslinking in children and young adults. Cornea, April 2022
Annual visual and anatomic changes found with foldable iris-fixated phakic IOLs
During a 5-year period, annual changes in refractive error and visual acuity occurred in patients who received implants of either an Artiflex myopic or myopic toric foldable iris-fixated phakic IOL. A total of 277 patients (481 eyes) were examined quarterly in the first year postoperatively, and then annually for a total mean follow-up of 51 months. During this period, the patients’ logMAR corrected and uncorrected distance visual acuity increased significantly, leading to significant decreases in safety and efficacy indices. Along with evidence of age-related increase in crystalline lens thickness and axial length elongation, the results indicate that foldable IOLs would serve better as a temporary long-term solution rather than a permanent one. Journal of Cataract and Refractive Surgery, April 2022