Academy Express – 16.04.2022
JURNALLARDAN MƏQALƏLƏR
Biometrik ölçülər qapalı bucaqlı qlaukomanın inkişafını proqnozlaşdırmağa kömək edə bilər
Çjunşan Bucaq Qapanmasının Profilaktikası (ÇBQP) tədqiqatından əldə edilən son məlumatlar göstərir ki, 50-70 yaşlı çinli xəstələrdə Birincili Qapalı Bucaq Şübhəsinin (BQBŞ) Birincili Bucaq Qapanmasına (BBQ) və ya Kəskin Bucaq Qapanmasına (KBQ) keçmə riski aşağıdır.Bu ikincili tədqiqat zamanı tədqiqatçılar BBQ və KBQ-nın biometrik risk faktorlarını müəyyən etmək üçün ÇBQP tədqiqatının nəticələrini nəzərdən keçirdilər. Müayyinə edilmiş 643 gözlərin 5,3%-də BQBŞ proqressivləşmişdir; çoxsaylı analizlər göstərdi ki, ahıl yaş, qüzehli qişanın yastı horizontal əyrilik radiusu və skleral mahmızdan 500 µm məsafədə daralmış horizontal bucaq proqressivləşmə ilə əhəmiyyətli dərəcədə əlaqəlidir. Bu ölçmələr xəstələrdə risk dərəcəsini və dar bucağa malik xəstələrdə potensial bucaq bağlanması hallarının müəyyən edilməsi üçün istifadə edilə bilər. Ophthalmology, March 2022
Qlaukomanın irqi bərabərsizliyi trabekulyar torun oksidativ stresi ilə bağlıdır?
Bu tədqiqat zamanı tədqiqatçılar birincili açıq bucaqlı qlaukoma ilə əlaqədar əməliyyat keçirmiş xəstələrin ön kamera mayesində oksidativ stres göstəricisi olan 8-hidroksi-2-deoksiquanozinin (8-OHdQ) səviyyəsinə, həmçinin sağlam ağdərili və qaradərili buynuz qişa donorlarının trabekulyar tor hüceyrələrində mitoxondrial funksiya və oksidativ stres göstəricilərinə baxdılar. İrəli dərəcədə inkişaf etmiş qlaukoması olan xəstələrdə 8-OHdQ səviyyəsi qaradərili xəstələrdə ağ xəstələrə nisbətən əhəmiyyətli dərəcədə yüksək idi, bu da daha çox oksidativ stresin olduğunu göstərir. Qaradərili xəstələrin trabekulyar tor hüceyrələrində ağdərili xəstələrə nisbətən daha yüksək adenozin trifosfat səviyyəsi var idi. Hər iki nəticə qlaukomada irqi bərabərsizliklərin qismən oksidativ stres və mitoxondrial metabolizmlə bağlı fərqlərdən qaynaqlana biləcəyi fərziyyəsini dəstəkləyir. Ophthalmology Science, March 2022
Orta yaşlı insanlarda demensiyanın inkişafı görmənin zəifləməsi ilə əlaqələndirilir
Hal hazirda davam edən Böyük Britaniya Biobank Araşdırması 40-69 yaş arası 500.000-dən çox insandan ibarət ümumi populyasyon koqortun məlumatlarından istifadə edərək bu yaş qrupunda baş verən xəstəliklərin səbəblərini müəyyənləşdirir. Görmə itiliyi (Gİ) və demensiya arasında mümkün əlaqələri araşdırmaq üçün tədqiqatçılar ilkin olaraq demensiya diaqnozu qoyulmamış 117,187 iştirakçının Gİ-ni təyin ediblər. Orta hesabla 6 il davam edən müşahidədən sonra 438 xəstədə demensiya yarandı; Başlanğıcda hər hansı görmə itiliyi azalması (Gİ) olanların demensiya riski 78% daha yüksək idi. Ən böyük risk Gİ aşağı olanlarda idi (risk nisbəti 3.53). Bu tədqiqatda görülən Gİ və demensiya arasındakı güclü əlaqəni nəzərə alaraq, əlavə tədqiqatlara ehtiyac duyulur. American Journal of Oftalmology, Mart 2022
Yaş və texnologiya ilə rahatlıq ev şəraitində görmənin monitorinqi tətbiqindən istifadəyə təsir göstərir
Tədqiqatçılar evdə görmənin monitorinqi tətbiqini əksəriyyətində YBMD olan və London xəstəxanasında planlaşdırılmış anti-VEGF terapiyası keçən 417 xəstəyə təqdim etdilər. 166 aktiv istifadəçidən 11-i tətbiq vasitəsi ilə görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini aşkar etdiyinə görə növbəti tibbi baxışı daha erkən vaxta dəyişib. Tətbiqdən aktiv istifadə ehtimalı hər 1 ildən bir yaş artımı üçün 1,8% azalıb. Texnologiya ilə rahatlıqdakı hər 1 ballıq artım (5 ballıq şkala üzrə) tətbiqindən istifadədə 2,4% artım proqnozlaşdırırdı. Tətbiq əsasən yaşlı xəstələri hədəf aldığından, tədqiqatçılar rəqəmsal savadlılığı və xəstələrlə əlaqəni artıran üsullar təklif edirlər. JAMA Ophthalmology, February 2022
Buynuz qişanın həssaslığının birtərəfli azalmasına baxmayaraq, matrix metalloproteinaz-9 ikitərəfli olaraq artır
Bu retrospektiv koqort tədqiqatı normal korneal həssaslığa (KH) malik zədələnməmiş göz ilə müqayisədə KH-ı ən azı 1 sm azalan unilateral neyrotrofik keratiti olan 25 xəstədə və normal KH-ı olan 24 gözdən ibarət kontrol qrupda metalloproteinaz-9-un (MMP-9) ikitərəfli ekspressiyasını araşdırdı. Hamısı Cənubi Koreyada yerləşən xəstəxananın birinə aid olan xəstəlik kartlarının öyrənilməsi göstərdi ki, hər iki gözdə MMP-9-un orta hesabla səviyyəsi təxminən 2,5 olduğu halda, normal KH-ğı olan kontrol qrupu xəstələrində orta hesabla bu göstərici 1,5 idi. MMP-9-un yüksək səviyyəsi meybum vəzilərinin azalan həcmi ilə əlaqələndirilir. Beləliklə, zədələnməmiş gözdə meybom vəzi funksiyasının zəifləməsi ilə bağlı monitorinq tövsiyə olunur. Cornea, March 2022
Tərcümə etdi: Dr. Fatma Məmmədova
e-mail: fatmamammadova@mail.ru
Recent data from the Zhongshan Angle Closure Prevention (ZAP) trial indicate that Chinese patients aged 50–70 years have a low risk of progressing from primary angle-closure suspect (PACS) to primary angle closure (PAC) or acute angle closure (AAC). For this secondary study, investigators reviewed ZAP trial results to determine biometric risk factors for progression to PAC or AAC. Of the 643 eyes assessed, 5.3% progressed from PACS; multivariate analyses found that older age, flatter horizontal iris curvature, and narrower horizontal angle opening distance of 500 µm from the scleral spur were significantly associated with progression. These measurements can be used for risk stratification and identification of potential cases of angle closure in patients with narrow angles. Ophthalmology, March 2022
In this study, investigators looked at levels of 8-hydroxy-2-deoxyguanosine (8-OHdG), a marker of oxidative damage in aqueous humor, from patients who underwent primary open-angle glaucoma surgery, as well as mitochondrial function and oxidative stress markers in trabecular meshwork cells from healthy Black and White corneal donors. In patients with severe glaucoma, 8-OHdG levels were significantly higher in Black patients than in White patients, indicating greater oxidative damage. Trabecular meshwork cells from Black patients also had higher adenosine triphosphate levels than those from White patients. Both findings support the hypothesis that the racial disparities in glaucoma may in part stem from differences related to oxidative stress and mitochondrial metabolism. Ophthalmology Science, March 2022
The ongoing UK Biobank Study uses data from a general population cohort of more than 500,000 people in the UK aged 40–69 years to determine the causes of medical conditions occurring in this age group. To investigate possible links between visual acuity (VA) severity and incident dementia, researchers studied VA measurements from 117,187 participants who had not been diagnosed with dementia at baseline. After a mean follow-up of 6 years, 438 patients developed incident dementia; those who had any visual impairment (VI) at baseline had a 78% higher risk of incident dementia. The greatest risk was in those with severe VI (hazard ratio 3.53). Given the strong link between VI and dementia seen in this study, additional research is warranted. American Journal of Ophthalmology, March 2022
Age and comfort with technology influence engagement with home vision monitoring app
Researchers introduced a home vision monitoring app to 417 patients, the majority of whom had AMD and scheduled anti-VEGF therapy at a London hospital. Among the 166 active users, 11 had their appointment moved sooner due to the app’s detection of substantial worsening vision. The likelihood of actively using the app decreased by 1.8% for every 1 year of increase in age. Every 1-point increase in comfort with technology, on a 5-point scale, predicted a 2.4% increase in use. Since the app largely targets older patients, the authors suggest interventions that increase digital literacy and patient outreach. JAMA Ophthalmology, February 2022
This retrospective cohort study examined bilateral expression of matrix metalloproteinase-9 (MMP-9) in 25 patients with unilateral neurotrophic keratitis whose affected eye had a corneal sensitivity (CS) of at least 1 cm less than that of the unaffected eye with normal CS, and in a control group of 24 eyes with normal CS. The patients’ charts, all from one hospital in South Korea, showed that while mean MMP-9 grades of both eyes were about 2.5, the mean MMP-9 grade in control patients with normal CS was 1.5. Higher MMP-9 grades correlated with meibum quality of decreasing capacity. Thus, monitoring for attenuation of meibomian gland function in the unaffected eye is recommended. Cornea, March 2022