Academy Express – 09.04.2022
JURNALLARDAN MƏQALƏLƏR
Faza 3 tədqiqat məlumatları yaş tip YBMD üçün PÇS-nin ranibizumabdan az effektiv olmadığını təsdiqləyir
Faza 3 Archway tədqiqatı neovaskulyar yaşa bağlı makula degenerasiyası (nYBMD) olan 415 xəstədə Port Çatdırılma Sistemi (PÇS) implantının intravitreal ranibizumabla müqayisədə effektivliyini və təhlükəsizliyini qiymətləndirdi. Xəstələr ya PÇS + ranibizumab 100 mq/mL, 24 həftədən bir fiksasiya olunmuş doldurmalarla, ya da hər 4 həftədən bir intravitreal 0,5mq ranibizumab inyeksiyası aldılar. İlkin səviyyə ilə müqayisədə ən yaxşı korreksiya edilmiş görmə itiliyinin düzəldilmiş orta dəyişiklik göstəriciləri müalicə metodları arasında eyni idi və PÇS effektivlik baxımından ranibizumab inyeksiyalarından geri qalmamışdı. Bununla belə, bu müalicəni xəstələrlə müzakirə edərkən PÇS-nin istifadəsi zamanı müşahidə olunan şüşəvari cisim qanaxmalarının (5,2%) və digər arzuolunmaz göz hallarının nisbəti nəzərə alınmalıdır. Ophthalmology, March 2022
Torlu qişanın reqmatogen qopması zamanı icra olunan PPV tor qişanın xarici qatlarında qırışın inkişaf riskini artırır
Tor qişanın birincili reqmatogen qopması (TRQ) zamanı icra olunan pars plana vitrektomiya (PPV) və pnevmatik retinopeksiyanı (PnR) müqayisə edən randomizə edilmiş PIVOT klinik tədqiqatının retrospektiv təhlili əməliyyatdan 1 ay sonra tor qişanın xarici qatlarında qırışları (TQXQQ) olan xəstələrin sayını hesablamışdır. PPV olan 41 və PnR icra olunan 42 xəstədə, müvafiq olaraq 34,1% və 14,3% hallarda 1 ay sonra TQXQQ-rı inkişaf edirdi. Bütün hallarda TQXQQ-ları 6 aydan sonra aradan qalxsa da, görmə itiliyinin azalması 1 il davam etdi. Bu nəticələr TRQ-sı olan xəstələrdə mümkün olduqda PPV əvəzinə PnR-nin seçilməsi üçün zəmin yaradır. Ophthalmology Retina, March 2022
Şimali Amerikanın yerli sakinləri üçün göz sağlamlığı ilə bağlı tibbi xidmət əl çatan deyil
Tədqiqatçılar Medicare ödənişli tibbi xidmət qeydiyyatından əldə edilən məlumatlar əsasında 2017-ci ildə Medicare Görmə və Göz Sağlamlığına Nəzarət Sisteminə daxil olan 177,100 Şimali Amerika Yerli sakinlərinin (ŞAYS) və 24,438,000 İspan Olmayan Ağdərili fərdlərin (İOAF) diaqnoz və müraciətlərini qiymətləndirdilər. 17 oftalmoloji xəstəlik kateqoriyasından 12-si ŞAYS-ləri tərəfindən daha aşağı müraciət göstəricisinə malik idi və katarakta İOAF-lərlə müqayisədə ŞAYS-ləri üçün daha az diaqnozu qoyulan və müraciəti ilə bağlı daha cox xidmət göstərilən yeganə xəstəlik idi ki. Bu da ŞAYS-nin yalnız inkişaf etmiş kataraktanın görmə itiliyinə təsir göstərdiyi zaman müraciət etdiyini göstərir. Ümumilikdə, nəticələr göstərir ki, ŞAYS-ləri üçün Medicare ödənişlərində vəsait catışmazlığı və tibbi xidmətin əlcatan olmaması yetərsiz diaqnoza və yetərsiz müalicəyə səbəb olur. Ophthalmology, February 2022
Elektron siqaretdən istifadə görmənin pisləşməsi riskini artırır
Adi siqaretin çəkilməsi ilə göz xəstəlikləri arasında əlaqəni nəzərdə tutan əvvəlki tədqiqatın aparılması elektron siqaretdən istifadənin artması ilə müşahidə olunan potensial oxşar təsirlərin araşdırılmasına səbəb oldu. ABŞ-nın Xəstəliklərin Kontrolu və profiktikası üzrə Mərkəzlərinin (XKM) 2016-2018-ci illər arasında sağlam həyat tərzi ilə bağlı çarpaz populyasiya sorğusunda iştirak edən 1,2 milyon yetkin insan arasında elektron siqaretlərdən hal-hazırda istifadə etdiyini bildirənlərin görmə qabiliyyətinin pisləşməsi ehtimalı heç vaxt elektron siqaretdən istifadə etməyənlərə nisbətən 34% daha çox idi. Heç vaxt adi siqaret çəkməyənlər arasında elektron siqaret istifadəçilərinin heç vaxt elektron siqaret çəkməyənlərə nisbətən görmənin pisləşməsini bildirmə ehtimalı 96% idi. American Journal of Ophthalmology, March 2022
Buynuz qişanın həssaslığının azalması Anti-VEGF inyeksiyaları ilə əlaqələndirilir
Anti-VEGF terapiyası və onun sinir remodelizasiyasına olan potensial mənfi təsiri ilə bağlı aparılan bu prospektivli araşdırmada tədqiqatçılar sağlam şəxslərlə müqayisədə anti-VEGF intravitreal inyeksiyaları icra olunan YBMD və ya diabetik makula ödemi (DMÖ) olan xəstələrin buynuz qişasının həssaslığının əhəmiyyətli dərəcədə azaltdığını aşkar etdilər. Hər birində 20 xəstə olan hər iki xəstə qrupunda buynuz qişanın sinir liflərinin və şaxələrinin sıxlığı və bütün liflərin və şaxələrin ümumi uzunluğu kontrol qrupuna nisbətən əhəmiyyətli dərəcədə az idi. Neyropatiyası artıq buynuz qişa sinirlərinə təsir edə bilən DMÖ olan xəstələrdə həssaslıq YBMD-sı olan xəstələrə nisbətən əhəmiyyətli dərəcədə aşağı idi. Cornea, March 2022
Tərcümə etdi: Dr. Fatma Məmmədova
e-mail: fatmamammadova@mail.ru
The phase 3 Archway trial assessed the efficacy and safety of the Port Delivery System (PDS) implant vs. intravitreal ranibizumab in 415 patients with neovascular age-related macular degeneration (nAMD). Patients received either the PDS + ranibizumab 100 mg/mL with fixed 24-week refills or intravitreal ranibizumab 0.5-mg injections every 4 weeks. The adjusted mean change in best-corrected visual acuity score from baseline was similar between treatment arms, and the PDS was deemed noninferior to ranibizumab injections. However, rates of vitreous hemorrhage (5.2%) and other ocular adverse events seen with the PDS should be taken into account when discussing this treatment with patients. Ophthalmology, March 2022
A post hoc analysis of the randomized PIVOT clinical trial, which compared pars plana vitrectomy (PPV) vs. pneumatic retinopexy (PnR) for the management of primary rhegmatogenous retinal detachment (RRD), tallied the number of patients with outer retinal folds (ORFs) 1 month post-surgery. Of the 41 patients who had PPV and 42 who had PnR, 34.1% and 14.3%, respectively, developed ORFs after 1 month. While all ORFs resolved after 6 months, reduced visual acuity persisted at 1 year. These findings present evidence for choosing PnR over PPV, when possible, in patients with RRD. Ophthalmology Retina, March 2022
Researchers assessed the diagnosis and service claims of 177,100 North American Native individuals (NANI) and 24,438,000 non-Hispanic White individuals (NHWI) included in the 2017 Medicare Vision and Eye Health Surveillance System, based on data from Medicare fee-for-service enrollment. Of 17 categories of ophthalmic conditions, 12 had lower claims rates by NANIs, and cataract was the only one for which diagnosis was lower and service claims were higher for NANIs compared with NHWIs, suggesting that NANIs seek care only when advanced cataracts impact vision. Overall, the results suggest that these NANIs lack access to care and the finances for Medicare co-payments, leading to underdiagnosis and undertreatment. JAMA Ophthalmology, February 2022
E-cigarette usage increases the chance of visual impairment
With previous research implicating an association between conventional cigarette smoking and eye disease, the rise of e-cigarette use has prompted investigation of potential similar effects. Of 1.2 million adults participating in the CDC’s cross-sectional, population-based survey on health behaviors conducted from 2016 to 2018, those who reported current use of e-cigarettes were 34% more likely to report visual impairment than those who had never used e-cigarettes. Among those who had never smoked conventional cigarettes, e-cigarette users were 96% more likely to report visual impairment than those who never used e-cigarettes. The authors suggest the need for additional studies to understand the association of e-cigarette use with perceived visual impairment. American Journal of Ophthalmology, March 2022
In this prospective study of anti-VEGF therapy and its potential impairment of nerve remodeling, researchers found that, compared with healthy controls, patients with AMD or diabetic macular edema (DME) who underwent anti-VEGF intravitreal injections had significantly reduced corneal sensitivity. The fiber density, branch density, and total length of all fibers and branches of corneal nerves in both patient groups of 20 each were significantly smaller than in the control group. Patients with DME, whose neuropathy could already impact the corneal nerves, had sensitivity that was significantly lower than patients with AMD. Cornea, March 2022