Academy Express – 02.04.2022
JURNALLARDAN MƏQALƏLƏR
Travma simpatik oftalmiyanın kritik tətikləyicisidir
Yaponiyanın milli tibbi sığorta sisteminin məlumat bazasında olan xəstə məlumatlarını təhlil edən retrospektiv koqort tədqiqatı travmanın simpatik oftalmiyanın (SO) inkişafında mühüm faktor olduğunu aşkar etdi. 888,041 travma və/və ya müəyyən oftalmoloji prosedurları keçirmiş 704,717 xəstəni araşdıran tədqiqatçılar aşkarladı ki, travmaya məruz qalanlar ən yüksək SO göstəricisinə malikdirlər. Siyahıda növbəti yerləri trabekulektomiya və vitrektomiya keçirənlər tutur. Bununla belə ümumilikdə SO-nın ən yüksək göstəricisi travmadan əlavə ən azı bir prosedur kecirənlərdə müşahidə edilmişdir.Tədqiqatçılar hesab edirlər ki, alınmış nəticələr travmadan sonra və gözdaxili əməliyyatdan əvvəl SO riskləri ilə bağlı xəstələrə məsləhət verməkdə kömək edə bilər. Ophthalmology, March 2022
Yüksək qan təzyiqi deyil, əksinə aşağı qan təzyiqi ABQ-nın inkişaf etmə riskini artırır
Milli Sağlamlıq İnstitutları tərəfindən idarə olunan məlumat bazası olan “ALL of Us” Tədqiqat Proqramının məlumatlarından istifadə edərək, tədqiqatçılar qan təzyiqi (QT) göstəriciləri ilə dərman istifadəsi və açıq bucaqlı qlaukomanın (ABQ) inkişafı arasındakı əlaqəni qiymətləndirdilər. Yaşı 40 və daha yuxarı olan, göz müayinəsindən keçmiş 20,815 proqram iştirakçısının 462-də müşahidə dövründə (≥15 ay) ABQ inkişaf etdi. Çoxvariantlı təhlillər müəyyən etdi ki, yüksək QT deyil, müalicə olunub və ya olunmamasından asılı olmayaraq aşağı QT ABQ-nın inkişaf riskini artırır (təhlükə nisbəti 1.32). İstifadə olunan QT dərmanlarının sayı riskə təsir etməmişdir. Bu nəticələri təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var. Ophthalmology, March 2022
Vizual nəticələri xoroidal neovaskulyarizasiyanın ilkin ölçüsü proqnozlaşdırır
Tədqiqatçılar FALMQQ-nun (Fransız – Avastin və Lüsentisin Müqayisəli Qiymətləndirmə Qrupu) neovaskulyar YBMD-nın müalicəsi üçün istifadə olunan bevasizumab və ranibizumabın müqayisəli randomizə edilmiş kontrol sınağının 1 illik məlumatını təhlil edərkən, tədqiqatdan əvvəl orta ölçüsü 2,2 mm² olan xoroidal neovaskulyarizasiyalı (XNV) zədələnmiş nahiyələrin müalicədən sonra görmə itkisinin 5 və daha artıq sıra proqnozlaşdırıldığını aşkar etdilər. Sınaqda iştirak edən xəstələrin təxminən 10%-i görməsini itirmişdi. XNV-nın orta ölçüsü 1,8 mm² olan xəstələrdə görmə itkisi müşahidə olunmayıb. Maksimal korreksiya edilmiş görmə itiliyinin və mərkəzi makulyar qalınlığın ilkin ölçüləri həmçinin neovaskulyarizasiyanın alt tipi görmə nəticələrini proqnozlaşdırmırdı. Ophthalmology Retina, February 2022
Orbital toxuma həcminin azalması tiroid göz xəstəliyinin yaxşılaşması ilə korelyasiya olunur
Teprotumumabın OPTIC faza 3 klinik sınaqlarını tamamlayan tiroid göz xəstəliyi (TGX) olan 6 xəstənin retrospektiv tədqiqatında tədqiqatçılar KT, və ya MRT-ya əsaslanaraq orta hesabla ekstraokulyar əzələlərin həcmində 33% və orbital yağ toxumasının həcmində isə 29% azalma aşkar etmişdilər. Tədqiqat həmçinin kontrol qrupdan olan 10 sağlam insanın prospektiv müayinəsini də əhatə edirdi. TGX-yi ilə bağlı müalicə olunan xəstələrin ekstraokulyar əzələlərin həcmi azalaraq kontrol qrupunun göstəriciləri ilə eyni olmuşdu. Hertel ekzoftalmometriyası bütün xəstələrdə proptozun əhəmiyyətli dərəcədə azaldığını göstərdi və 4 xəstədə Gorman üzrə diplopiya göstəricisi 0-a qədər azaldı. Tədqiqatçılar hesab edir ki, nəticələr aktiv mərhələdə TGX olan xəstələrin cərrahi müalicələrdən imtina etməsinə əsas verir. British Journal of Ophthalmology, February 2022
Mavi işıq filtrli IOL-lar YBMD-nin aşağı göstəricilərinə səbəb olmur
Tədqiqatçılar əlavə ödəniş tələb edən mavi işıq filtrli (MİFIOL) və ya filtrsiz IOL (qeyri-MİFIOL) seçən 186,591 Tayvanlı xəstəni müşahidə etdilər. 10 ilə qədər aparılan müşahidə və MİFIOL-rı seçməyə üstünlük verən xəstələr arasında daha yüksək gəlir, daha gənc yaş və xroniki xəstəliklərin aşağı nisbətlərinin kontrolundan sonra nəticələr IOL tipindən asılı olmayaraq bütün xəstələrdə oxşar YBMD nisbətlərini göstərdi. Tədqiqatçılar belə nəticəyə gəlirlər ki, qeyri-MİFIOL-la müqayisədə MİFIOL-lar üstün müdafiə təmin etmir. American Journal of Ophthalmology, February 2022
Tərcümə etdi: Dr. Fatma Məmmədova
e-mail: fatmamammadova@mail.ru
A retrospective cohort study that analyzed patient data from Japan’s national health insurance claims database found that trauma is an important feature in the development of sympathetic ophthalmia (SO). Examining 704,717 patients with 888,041 events of trauma and/or certain ophthalmic procedures, the investigators showed that those who experienced trauma had the highest SO incidence rate, followed by those who underwent a trabeculectomy and vitrectomy, respectively. The greatest incidence of SO overall, however, was seen in those with at least one other event in addition to trauma. The authors suggest that the results could help in counseling patients regarding the risks of SO after trauma and before intraocular surgery. Ophthalmology, March 2022
Using data from the All of Us Research Program, a longitudinal database run by the National Institutes of Health, researchers evaluated the relationship between blood pressure (BP) levels, and medication use, and the development of incident open-angle glaucoma (OAG). Of the 20,815 program participants who were aged ≥40 years and had undergone an eye exam, 462 developed OAG during the follow-up period (≥15 months). Multivariate analyses found that low BP whether treated or untreated, but not high BP, increased the risk of incident OAG (hazard ratio 1.32). The number of BP medications used did not affect risk. Additional research is needed to confirm these findings. Ophthalmology, March 2022
In analyzing 1-year data from the GEFAL randomized control trial comparing bevacizumab and ranibizumab to treat neovascular AMD, investigators found that choroidal neovascularization (CNV) lesions with a pre-trial mean size of 2.2 mm2 predicted post-treatment vision loss of 5 words or more. Nearly 10% of patients in the trial developed vision loss. Those with a mean CNV size of 1.8 mm2 did not experience vision loss. Baseline measures of best corrected visual acuity, central macular thickness, and neovascular subtype did not predict visual outcomes. Ophthalmology Retina, February 2022
In a retrospective study of 6 patients with thyroid eye disease (TED) who completed the OPTIC phase 3 clinical trial of teprotumumab, investigators found mean volumetric decreases of 33% in extraocular muscles and 29% in orbital fat volume based on CT or MRI. The study also included a prospective exam of 10 healthy controls. Extraocular muscle volume of patients treated for TED was reduced to levels similar to that of controls. Hertel exophthalmometry showed significant reduction of proptosis in all patients, and Gorman diplopia scores decreased to 0 in 4 patients. The researchers suggest that the results warrant a shift away from surgical therapies for management of patients with active-stage TED. British Journal of Ophthalmology, February 2022
Investigators followed 186,591 Taiwanese patients who chose either IOLs with blue light–filtering (BFIOLs), which require extra payment, or IOLs without filtering (non-BFIOLs). After up to 10 years of follow-up and controlling for the higher income, younger age, and lower rates of chronic disease among patients who tended to choose BFIOLs, the results showed similar rates of AMD in all patients regardless of IOL type. The authors conclude that BFIOLs do not offer more protection than non-BFIOLs. American Journal of Ophthalmology, February 2022