Academy Express – 26.03.2022

JURNALLARDAN MƏQALƏLƏR

İnsult riski TQMAO-dan 15 gün əvvəl və sonra artmış olur.

Uzunmüddətli epidemiologiya koqortuna daxil edilən xəstələrin, populyasiyon, retrospektiv hallar seriyası tədqiqatı torlu qişanın mərkəzi arteriyasının oklüziyasından (TQMAO) əvvəl və sonrakı 15 gün ərzində, insult ilə TQMAO-nın əlaqəsini qiymətləndirdi. 1976-cı ildən 2016-cı ilə qədər 89 xəstədə TQMAO olduğu müəyyən edildi və TQMAO-dan əvvəl və sonrakı 15 günlük interval müddətində bu xəstələrin 3,4%-i hemorragik və ya işemik insult keçirdi. Bu tədqiqatın nəticələri neyrovaskulyar xəstəliklərin qarşısını almaq üçün TQMAO-dan sonrakı kəskin dövrdə tam profilaktik insult müayinəsinin vacibliyini göstərir. Ophthalmology, February 2022

Məktəb miyopiyanın qarşısının alınması proqramları nəticə verir.

2014-2020-ci illər arasında Tayvanın Yilan Miyopiyanın Profilaktikası və Görmənin Yaxşılaşdırılması Proqramına (YMPGYP) əsaslanan populyasion, çarpaz sorğulamadan əldə edilən məlumatlar 21 761 uşaq bağçasında miyopiyanın yayılma dərəcəsini  öyrənmək üçün istifadə edilmişdir. Miopiyanın yayılması ilk 2 il ərzində davamlı olaraq 15,5%-dən 8,4%-ə qədər azalmış və zaman keçdikcə sabit olaraq qalmışdı. Tədqiqatçılar hedab edirlər ki, məktəb proqramında gündə 2 saat müddətində açıq havada vaxt keçirmənin təmin edilməsinə önəm vermə miopiyanın yaranmasının sabitləşməsinə səbəb olub. Ophthalmology, February 2022

Böyuk X-lə əlaqəli retinoşizis tədqiqatı fenotiplərdə və xəstəliyin gedişatında bir cox dəyişkənliklərin olmasını üzə cıxarır.

Bu retrospektiv tədqiqatda tədqiqatçılar Avropadakı 8 mərkəzdə X-lə əlaqəli retinoşizisi olan 340 xəstənin məlumatlarını araşdırdılar. Görmə  itiliyinin azalması müşahidə olunan orta yaş-25 idi. 60 yaşında xəstələrin 35%-də ağır görmə pozğunluğu, 25%-də isə korluq var idi. Əksər xəstələrdə görmənin tədricən pisləşməsi həyatın ikinci onilliyində başladığı üçün müəlliflər müalicə üçün optimal vaxt kimi həyatın ilk 3 onilliyini təklif edirlər. Ophthalmology, February 2022


Qlaukoma zamanı nikotinamid və piruvatın yüksək dozalarda təyini görmə sahəsinin qısamüddətli yaxşılaşmasına səbəb ola bilər.

Qlaukoma və okulyar hipertenziyanın siçan modellərində neyroprotektiv təsir göstərən qida elementləri olan nikotinamid və piruvatın açıq bucaqlı qlaukoması olan 32 xəstənin 2-ci faza randomizə edilmiş, ikiqat maskalanmış, plasebo-nəzarətli tədqiqatında insanlar üzərində effektivliyini müəyyən etmək üçün tədqiq edilmişdir. İyirmi bir xəstə yüksək dozada nikotinamid və yüksək dozada piruvat kombinasiyasını, 11 xəstə isə plasebo qəbul etmişdir. 3 həftədən sonra yaxşılaşan test lokasiyalarının orta hesabla sayı  müalicə qrupunda plasebo qrupuna nisbətən əhəmiyyətli dərəcədə yüksək olmuşdur (müvafiq olaraq 15:7), eyni zamanda vizual yaxşılaşma göstəricilərində də də artım olmuşdur (orta hesabla -0.06-nın 0.02-ə dB/həftə, müvafiq olaraq). Heç bir ciddi əlavə təsir qeyd edilməyib. JAMA Ophthalmology, January 2022

PXV-nin patofizioloji xüsusiyyətləri Asiya və ağdərili populyasiyalar arasında fərqlidir.

Tədqiqatçılar Asiya populyasiyalarında ağdərili populyasiyalara nisbətən polipoidal xoroidal vaskulopatiyanın (PXV)  qeydə alınmış daha yüksək yayılmasını Asiya ölkələrində indosianin yaşıl angioqrafiyasının daha geniş diaqnostik istifadəsindən qaynaqlana biləcəyini araşdırdılar. Sinqapurda, İtaliyada və Böyük Britaniyada aparılan retrospektiv müşahidə tədqiqatı Asiya və ilk növbədə ağdərili populyasiyaların gözləri arasında  fundus görüntüləmə nəticələrini və demoqrafik məlumatları müqayisə etdilər. Asiyalı xəstələrdə ağ dərili xəstələrə nisbətən subretinal qanaxma və xoroidal damarlarının keçiriciliyinin artması, həmçinin polipoid xarakterli zədələnmiş nahiyyələr və  piqment epitelin hündür qopmaları olan daha geniş ərazilər nəzərə çarpacaq dərəcədə cox idi. Tədqiqatçılar etnik mənsubiyyətin PXV-nin patofizioloji mexanizmlərinə təsir göstərə biləcəyi qənaətinə gəlirlər. American Journal of Ophthalmology, February 2022

Tərcümə etdi: Dr. Fatma Məmmədova

e-mail: fatmamammadova@mail.ru

JOURNAL STUDIES
Stroke risk increases in the 15 days before and after CRAO
A population-based, retrospective case series study of patients enrolled in a long-term, community epidemiology cohort evaluated the association of stroke in the 15 days before and after central retinal artery occlusion (CRAO). From 1976 to 2016, 89 patients were identified as having a CRAO, and in the 15-day window before and after the CRAO 3.4% of these patients had either a hemorrhagic or ischemic stroke. Results from this study inform the importance of a full stroke workup in the acute period following a CRAO to help prevent neurovascular events. Ophthalmology, February 2022
School-based myopia prevention programs make their mark
Data from population-based, cross-sectional surveys based on the Taiwanese Yilan Myopia Prevention and Vision Improvement Program (YMVIP) conducted between 2014 and 2020 were used to measure the prevalence of myopia in 21,761 kindergartners. The prevalence of myopia continuously decreased for the first 2 years, from 15.5% to 8.4%, and remained consistent over time. The authors suggest that the school-based program’s emphasis on providing 2 hours of outdoor time per day was the reason the occurrence of myopia stabilized. Ophthalmology, February 2022
A large X-linked retinoschisis study finds wide variability in phenotypes and disease course
In this retrospective study, researchers examined the data of 340 patients with X-linked retinoschisis at 8 centers in Europe. The median age to reach low vision was 25 years; at age 60 years, 35% of patients had severe visual impairment and 25% had blindness. Since for most patients slow deterioration started in the second decade of life, the authors suggest the first 3 decades of life as the optimal time for treatment. Ophthalmology, February 2022
High doses of nicotinamide and pyruvate may lead to short-term visual field improvement in glaucoma
Nicotinamide and pyruvate, nutritional elements shown to have neuroprotective effects in murine models of glaucoma and ocular hypertension, were studied in a phase 2 randomized, double-masked, placebo-controlled trial of 32 patients with manifest open-angle glaucoma to determine their effects in humans. Twenty-one patients received a combination of high-dose nicotinamide and high-dose pyruvate and 11 received placebo. After 3 weeks, the median number of improving test locations was significantly higher in the treatment group than in the placebo group (15 vs. 7, respectively), as were the rates of visual improvement (median −0.06 vs. 0.02 dB/week, respectively). No serious adverse events were reported. JAMA Ophthalmology, January 2022
Pathophysiologic characteristics of PCV differ between Asian and White populations
Investigators looked at whether the higher reported prevalence of polypoidal choroidal vasculopathy (PCV) in Asian populations than in White populations could stem from the higher diagnostic use of indocyanine green angiography in Asian countries. A retrospective observational study conducted in Singapore, Italy, and the United Kingdom compared imaging findings and demographics between eyes from Asian and primarily White populations. Asian patients were significantly more likely to have subretinal hemorrhage and choroidal vascular hyperpermeability than White patients, as well as larger areas with polypoidal lesions and taller pigment epithelial detachments. The authors conclude that ethnicity may affect the pathophysiologic mechanisms of PCV. American Journal of Ophthalmology, February 2022