Academy Express – 19.03.2022

JURNALLARDAN MƏQALƏLƏR

Təxirəsalınmaz və ya ertələnmiş bilateral katarakta əməliyyatı zamanı endoftalmitlərin rastgəlmə tezliyi eyni dərəcədə az müşahidə olunur.

Tədqiqqatçılar təxirəsalınmaz ardıcıl bilateral katarakta cərrahiyyəsi (TABKC) və  ertələnmiş ardıcıl  bilateral katarakt cərrahiyyəsi (EABKC) və ya unilateral katarakta cərrahiyyəsi arasında endoftalmit riskini müqayisə etmək üçün 2013-2018-ci illər arasında ilk katarakta əməliyyatını keçirən IRIS Reyestrinə daxil edilmiş 5 573 639 xəstənin qeydlərinə baxdılar. Xəstələrin yalnız 3%-i TABKC keçirsə də, əməliyyatdan sonrakı 4 həftə ərzində hər iki qrupda endoftalmitin nisbəti eyni idi.
Əməliyyatdan sonrakı endoftalmit diaqnozu ehtimalı TABKC-si keçirmiş xəstələrdə EABKC-si və ya unilateral əməliyyat keçirmiş xəstələrə nisbətən daha yüksək olsa da, bu göstərici əhəmiyyətli deyildi. Buna görə də, endoftalmit göstəricisi hansı növ katarakta əməliyyatının aparılacağını seçməkdə mühüm rol oynaya bilməz. Ophthalmology, February 2022

Dəstək proqramı qlaukoma dərmanından istifadə qaydasına  riayət etməyi artırır.

7 aylıq tədqiqat zamanı elektron nəzarətdə olan 39 iştirakçı arasında qlaukoma dərmanlarının istifadə qaydasına  riayət olunması orta hesabla 24% artıb. Birinci mərhələdə mətn mesajları kimi dərman xatırlatmaları riayət etməni illik 50,000 dollardan az gəliri olan xəstələr üçün təxminən 20% və gəliri 50,000 dollardan çox olanlar üçün isə 10% artırdı. Bununla belə, gəlir, irq, cins və təhsil səviyyəsi kimi amillər proqramın şəxsi və telefon kouçinqin ikinci mərhələsinin nəticələrinə təsir etmədi, bu da ən çox qlaukoma stresi və emosional sıxıntısı olan xəstələrdə dərmanların istifadə qaydasına riayət etmənin yaxşılaşmasına səbəb oldu. Ophthalmology Glaucoma, January-February 2022

YBMD zamanı təyin edilən brolisizumab inyeksiyaları potensial gözdaxili iltihaba səbəb olur

Brolisizumab 3-cü mərhələ HAWK və HARRIER tədqiqatlarının nəticələrinə əsasən 2019-cu ildə Amerika Qida və Dərman Administrasiyası (QDA) tərəfindən neovaskulyar yaşa bağlı makula degenerasiyasının (YBMD) müalicəsi üçün təsdiq edilmişdir. Tədqiqatçılar tərəfindən bildirilmiş gözdaxili iltihab (GDİ) ilə əlaqəli yan təsirlərin (YT) idarə edilməsinə və nəticələrinə yönəlmiş retrospektiv analiz aşkar etdi ki, brolisizumab ilə müalicə olunan gözlərin 5%-də ən azı 1 GDİ ilə əlaqəli YT  qeydə alınıb. Orta hesabla ilkin və sonuncu inyeksiyadan sonra ilk YT-in meydana gəlməsinə qədər olan vaxt  müvafiq olaraq 100 və 18 gün olmuşdur.  Xəstələri Brolisizumab ilə müalicə edən klinisistler  potensial gözdaxili iltihabdan xəbərdar olmalı və onları mütəmadi olaraq izləməlidirlər. Ophthalmology Retina, February 2022

VDR diaqnozu qoyulmuş uşaqlarda koqnitiv nəticələr müalicə statusu ilə əlaqəli deyil

Tədqiqatçılar 46 vaxtından əvvəl doğulmuşların retinopatiyası (VDR) olan, erkən doğulmuş 101 Tayvan uşağının koqnitiv funksiyasını araşdırdılar. Onlardan 9-nun müalicəyə ehtiyacı olmadığı halda, 37-si bevasizumab inyeksiyaları, yalnız lazer və ya bunların  kombinasiyası şəklində mualicə almışdı. Aparılan müalicədən asılı olmayaraq, 2 il sonra tamamlanan koqnitiv testlər, hətta demoqrafik göstəricilər, Apgar şkalası və cins kimi amillərə düzəliş edildikdən sonra xəstələr arasında əhəmiyyətli dərəcədə fərqlənməmişdir. Xüsusilə, digər tədqiqatların ümidverici nəticələrindən sonra artan bevasizumab istifadəsi koqnitiv göstəriciləri yaxşılaşdırmadı. American Journal of Ophthalmology, February 2022

Bir neçə amil rino-orbital-serebral mukormikozu olan COVID-19 xəstələrin ölüm göstəricisini proqnozlaşdırır

Hindistanda ixtisaslaşmış tibbi yardım xəstəxanasında müalicəsi aparılan, COVID-19-a bağlı mukormikozun (KBM) alovlanmasından sonra, KBM inkişafı üçün risk faktorlarını və ölüm göstəricilərini müəyyən etmək üçün retrospektiv xəstəlik-kontrol qrupu tədqiqatı başlamışdır. Tədqiqata 89%-i peyvənd olunmamış 73 sərbəst seçilmiş KBM xəstəsi daxil edilmişdir. Xəstələrin 36 %-i hospitalizasiyanın ilk 10 günü ərzində öldü və 21-ci günə qədər ölüm ehtimalı 53% təşkil edirdi. Görmə itiliyi ən az işıq duyğusu səviyyəsində olan xəstələrdə ölüm riski 46%-dən az idi. Ölüm riskini artıran amillər kontrolsuz şəkərli diabet, KBM inkişaf etməmişdən əvvəl agciyərlərin süni ventilyasiya aparatından istifadə və sistem kortikosteroid istifadəsi idi. JAMA Ophthalmology, January 2022

Tərcümə etdi: Dr. Fatma Məmmədova

e-mail: fatmamammadova@mail.ru

JOURNAL STUDIES
Equally small risks of endophthalmitis are seen with either immediate or delayed bilateral cataract surgery
Investigators looked at records of 5,573,639 patients included in the IRIS Registry who had their first cataract surgery between 2013 and 2018 to compare the risk of endophthalmitis between immediate sequential bilateral cataract surgery (ISBCS) and delayed sequential bilateral cataract surgery (DSBCS) or unilateral cataract surgery. Although only 3% of the patients underwent ISBCS, rates of endophthalmitis in the 4 weeks following surgery were similar in the 2 groups. While the odds of a diagnosis of postoperative endophthalmitis was greater for patients who had ISBCS than for patients who had DSBCS or unilateral surgery, this finding was not significant. Therefore, endophthalmitis may not play an important role in choosing which type of cataract surgery to perform. Ophthalmology, February 2022
Support program increases adherence to glaucoma medication regimen
Adherence to glaucoma medication intake increased by an average of 24% among 39 participants, who were electronically monitored during a 7-month study. In the first phase, medication reminders such as text messages increased adherence by about 20% for patients with incomes less than $50,000 yearly and 10% for those with incomes of more than $50,000. However, factors such as income, race, gender, and education level did not impact results of the program’s second phase of in-person and phone coaching, which led to the largest medication adherence improvement in patients with the most glaucoma distress and emotional burden. Ophthalmology Glaucoma, January-February 2022
Brolicizumab injections for AMD lead to potential intraocular inflammation
Brolicizumab was approved by the FDA in 2019 for the treatment of neovascular age-related macular degeneration (AMD), based on results from the phase 3 HAWK and HARRIER studies. A post hoc analysis focused on the management and outcomes of investigator-reported intraocular inflammation (IOI)–related adverse events (AEs) found that 5% of the brolicizumab-treated eyes had at least 1 reported IOI-related AE. The median times to onset of the first AE from baseline and from the last injection were 100 and 18 days, respectively. Clinicians treating patients with brolicizumab should be aware of the potential for intraocular inflammation and monitor them regularly. Ophthalmology Retina, February 2022
Cognitive outcomes in children with ROP appear unrelated to treatment status
Researchers examined the cognitive function of 101 prematurely born Taiwanese children, 46 of whom had retinopathy of prematurity (ROP). While 9 did not need treatment, 37 received injections of bevacizumab, laser alone, or a combination. Regardless of any treatment performed, cognitive tests completed 2 years later were not appreciably different among the patients, even after adjusting for such factors as demographics, Apgar score, and sex. Notably, the use of bevacizumab, which has grown following promising results of other studies, did not improve cognitive scores. American Journal of Ophthalmology, February 2022
Several factors predict mortality rates in COVID-19 patients with rhino-orbital-cerebral mucormycosis
A retrospective case-control study was conducted following an outbreak of COVID-19–associated mucormycosis (CAM) treated at a tertiary care hospital in India to determine risk factors for developing CAM and mortality rates. Seventy-three consecutive patients with CAM, 89% of whom were unvaccinated, were included in the study. Thirty-six percent of patients died during the first 10 days of admission, and the probability of death was 53% by day 21. Patients with a visual acuity of at least perception of light had a 46% lower risk of death. Factors that increased risk for death were uncontrolled diabetes, use of mechanical ventilation prior to CAM development, and systemic corticosteroid use. JAMA Ophthalmology, January 2022