Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü ilin yekunlarına həsr olunmuş illik toplantısı.

12 yanvar 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü ilin yekunlarına həsr olunmuş növbəti illik toplantısı keçirildi.

Toplantıya rəhbərliyi Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımov edirdi.

Toplantıda 2023-cü ildə keçirilən tədbirlər, konfranslar haqqında illik hesabat verildi və 2024-cü ildə nəzərdə tutulan tədbirlər planı iştirakçıların diqqətinə çatdırıldı və bu il keçirilməsi nəzərdə tutulan konfrans, seminar, toplantılar, həmçinin milli oftalmologiyanın bir sıra məsələləri müzakirə edildi.

Toplantıda AOC-un sədr müavini t.ü.f.d. Yazgül xanım Abdıyeva “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü il üzrə illik fəaliyyət proqramı və 2024-cü ilin illik proqramı”,  AOC-un Gənc Oftalmoloqlar komitəsinin koordinatoru və Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli “AOC Gənc Oftalmoloqlar Komitəsi. 2023-cü ilin yekunları. 2024-cü il üçün nəzərdə tutulan planlar”, t.e.d. Tural Qəlbinur “Etik komitə”, t.ü.f.d. Cəmil Həsənov “Buynuz qışa keratoplastikasının keçmişi və gələcəyi”, t.ü.f.d. Mətanət Əfəndiyeva “WET-LAB kurslarının 2023-cü il üzrə fəaliyyəti və 2024-cü il üçün planları” və Dr. Sona İbrahimova “Cərrahi müdaxilədən sonra baş verən fəsadlar” adlı məruzələri tədbir iştirakçılarının nəzərinə çatdırıldı, iştirakçılar tərəfindən maraqlı suallar və təkliflər səsləndi.